Geri

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirləri keçirib

8 noyabr 2019-cu il tarixində FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin İctimai obyektlərə nəzarət sektoru Bakı şəhəri Yasamal rayonunda yerləşən “Renaissance Palace Baku” otelində, 1-ci ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi Binəqədi rayonunda yerləşən Zəngilan rayon 1 nömrəli orta məktəbində, 2-ci ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, 4-cü ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi və Suraxanı rayonu 76 nömrəli tam orta məktəbində, Qarabağ regional Dövlət Yanğın Nəzarəti İdarəsi Bərdə rayonu Təhlə kənd tam orta məktəbində, Ağcabədi rayonu Ağabəyli kənd ümumi orta məktəbində, Ağdam rayon Quzanlı qəsəbəsində yerləşən 1 saylı Körpələr evi-uşaq bağçasında, Aran regional Dövlət Yanğın Nəzarəti İdarəsi Göyçay şəhəri 4 nömrəli tam orta məktəbində, Ucar şəhər Dəmiryol rabitə evində, Muğan regional Dövlət Yanğın Nəzarəti İdarəsi Saatlı rayonu Əlisoltanlı kənd tam orta məktəbində, Sabirabad rayonu Kürkəndi, Xankeçən, Qalaqayın, Muğan-Gəncəli kəndində yerləşən tam orta məktəblərində, Sabirabad rayon Mexaniki Suvarma İdarəsində, İmişli rayonu Qaralar kənd tam orta məktəbində, Cənub regional Dövlət Yanğın Nəzarəti İdarəsi Astara şəhəri 3 nömrəli tam orta məktəbində, Şimal-Qərb regional Dövlət Yanğın Nəzarəti İdarəsi Şamaxı şəhərində yerləşən “Avropa” liseyində, Şimal regional Dövlət Yanğın Nəzarəti İdarəsi isə Siyəzən şəhərində yerləşən Dövlət Sosial Müdafiə Fondunun Siyəzən rayon şöbəsində maarifləndirmə tədbirləri keçirib.

Tədbirlərdə “İnzibati binalar üçün yanğın təhlükəsizliyi qaydaları”, “Dəm qazı təhlükəsi”, “Məişətdə yanğın təhlükəsizliyi”, “112” qaynar xətti”nə nə vaxt zəng etməli?”, “Odsöndürənlərdən istifadə qaydası” barədə, həmçinin adıçəkilən müəssisələrdə yanğın təhlükəsizliyi qaydaları haqqında ətraflı məlumat verilib. Toplantılarda, həmçinin ərazinin daim təmiz vəziyyətdə saxlanılması, normativ sənədlərə uyğun ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməsi, yanğın zamanı insanların binadan köçürülməsi planlarının hazırlanmasının zəruriliyi, pilləkən qəfəslərində əlavə otaqların quraşdırılmasının yolverilməzliyi, yanğına qarşı su təchizatına-hovuzlara, kəmərlərə, çən və hidrantlara qayğı ilə yanaşılmasının vacibliyi  qeyd olunub, ikin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani olaraq nümayiş etdirilib, yanğına qarşı təbliğat işində istifadə olunması üçün “Vətəndaşların nəzərinə”, “Yanğın zamanı davranış qaydaları” mövzularında yaddaş vərəqələri və bukletlər paylanılıb.

Digər məlumatlar

Maarifləndirmə tədbirləri davam etdirilir

20 noyabr 2019-cu il tarixində FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin İctimai obyektlərə nəzarət sektoru Sumqayıt şəhərində yerləşən “Sumqayıt Plaza” otelində, 1-ci ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi......

Ardını oxu

FHN-in Sumqayıt Regional Mərkəzi seminar-müşavirə keçirib

20 noyabr 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi Abşeron rayon Telekommunikasiya Qovşağında “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda seminar-müşavirə keçirib. ...

Ardını oxu

FHN Akademiyasının rəhbərliyi Moskva şəhərində səfərdə olub

Fövqəladə Hallar Nazirliyi Akademiyasının rəisi general-mayor Baba Salayevin rəhbərlik etdiyi nümayəndə heyəti 12-16 noyabr 2019-cu il tarixlərində Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində səfərdə olub. ...

Ardını oxu