Geri

FHN-in Cənub Regional Mərkəzi maarifləndirmə tədbiri keçirib.

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi 7 noyabr 2019-cu il tarixində FHN-in regionda fəaliyyət göstərən digər qurumları ilə birgə Lənkəran Dövlət Universitetində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib.

Tədbirdə FHN-in Cənub Regional Mərkəzinin, Dövlət Yanğın Nəzarəti Xidmətinin Cənub Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşları, eləcə də  Lənkəran Dövlət Universitetinin kollektivi iştirak edib.

Toplantıda Mərkəzin əməkdaşları təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı düzgün davranış qaydaları, dəm qazı təhlükəsi və onun qarşısının alınması yolları, həmçinin ilkin yanğınsöndürmə avadanlıqları və fərdi mühafizə vasitələrindən  istifadə qaydalarına dair məruzələr dinlənilib, hər mövzu ilə bağlı fotoslaydlar və maarifləndirici videoçarxlar nümayiş olunub.

Daha sonra təhsil müəssisələrinin təxliyyə planlarının düzgün hazırlanmasının, yanğın və texniki təhlükəsizlik tədbirlərinə əməl edilməsinə nəzarətin artırılmasının, ehtiyat çıxış qapılarının və zirzəmilərin daim istifadəyə yararlı vəziyyətdə saxlanılmasının, ilkin yanğınsöndürmə vasitələri ilə təchiz olunmasının vacibliyi diqqətə çatdırılıb.

Digər məlumatlar

FHN-in Regional mərkəzləri maarifləndirmə tədbirlərini davam etdirir

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzinin təşkilatçılığı, Şimal-qərb Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin iştirakı ilə 21 yanvar 2020-ci il tarixində Qəbələ rayonunda...

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirləri keçirib

22 yanvar 2020-ci il tarixində FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin 1-ci ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi Qobustan rayon Məhkəməsində, Muğan regional Dövlət Yanğın Nəzarəti İdarəsi Sabirabad rayon...

Ardını oxu

FHN-in cüdo komandası Azərbaycan birinciliyində uğurla çıxış edib

14-17 yanvar 2020-ci il tarixlərində Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq Mərkəzinin idman arenasında yeniyetmələr arasında Azərbaycan birinciliyi keçirilib....

Ardını oxu