Geri

Kiçikhəcmli gəmi istifadəçilərinə təhlükəsizlik qaydaları izah edilib

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti FHN-in Bakı Regional Mərkəzinin əməkdaşları ilə birgə 8 noyabr 2019-cu il tarixində Səbail rayonunun Şıx qəsəbəsində maarifləndirmə tədbiri keçirib.

“Kiçikhəcmli gəmilərin təhlükəsiz istismarı” mövzusunda keçirilən təbdirdə kiçikhəcmli gəmi istifadəçiləri iştirak edib. İstifadəçilərə bu tip gəmilərin təchizat avadanlıqları və istismar qaydaları barədə məlumat verilib. Həmçinin kiçikhəcmli gəmilərin qanunvericiliklə nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatına alınmasının və texniki baxışdan keçirilməsinin, habelə gəmi sürücüləri tərəfindən sürücülük vəsiqələrinin alınmasının vacibliyi diqqətə çatdırılıb. Eyni zamanda kiçikhəcmli gəmi sürücüləri naviqasiya cihazları, xilasedici vasitələr və onlardan istifadə qaydaları ilə bağlı da maarifləndirilib.

Sonda gəmi istifadəçilərinə kiçikhəcmli gəmilərin təchizat avadanlıqları və təhlükəsiz istismar qaydaları haqqında maarifləndirici broşürlər paylanılıb.

Digər məlumatlar

FHN Akademiyasının rəhbərliyi Moskva şəhərində səfərdə olub

Fövqəladə Hallar Nazirliyi Akademiyasının rəisi general-mayor Baba Salayevin rəhbərlik etdiyi nümayəndə heyəti 12-16 noyabr 2019-cu il tarixlərində Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində səfərdə olub. ...

Ardını oxu

FHN-in Qarabağ Regional Mərkəzi müşavirə keçirib

20 noyabr 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzində “Mülki müdafiə sahəsində 2019-cu ilin yekunları və 2020-ci ildə qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilib. ...

Ardını oxu

Rayon müşavirələri davam edir

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi 19 noyabr 2019-cu il tarixində Xətai Rayon İcra Hakimiyyətində “Mülki müdafiə sahəsində 2019-cu ilin yekunu, 2020-ci ildə qarşıda duran vəzifələr” mövzusunda metodiki toplanış, eləcə də “Yanğın təhlükəsizliyinin təmin olunmasında Fövqəladə Hallar Nazirliyi, yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının birgə fəaliyyəti” mövzusunda......

Ardını oxu