Geri

Fövqəladə Hallar Nazirliyinin regional mərkəzləri və qurumlarında “9 noyabr Dövlət Bayrağı Günü”nə həsr olunmuş tədbirlər keçirilib

8 noyabr 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin regional mərkəzləri və qurumlarında “9 noyabr Dövlət Bayrağı Günü” nə həsr olunmuş tədbirlər keçirilib.

Tədbirlərdə Azərbaycanın üç rəngli bayrağının keçdiyi tarixi yola nəzər salınaraq Azərbaycan Respublikasının müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrildiyi vurğulanıb. Çıxışlarda həmçinin, üçrəngli bayrağın dövlət rəmzi kimi bərpası təşəbbüsünün ilk dəfə ümummilli liderimiz Heydər Əliyev tərəfindən irəli sürüldüyü xatırlanmış, Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin Azərbaycanda Dövlət Bayrağı Gününün elan edilməsi barədə imzaladığı sərəncama əsasən hər il 9 noyabr Respublikamızda Dövlət Bayrağı Günü kimi qeyd edilməsi dövlət bayrağına olan xüsusi diqqətin göstəricisi olduğunu vurğulanıb.

Digər məlumatlar

Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının onlayn iclası keçirilib

22 may 2020-ci il tarixində FHN işçilərinin Həmkarlar İttifaqı FHN-in aparatı, regional mərkəzləri və qurumlarında fəaliyyət göstərən həmkarlar ittifaqı komitəsi sədrlərinin iştirakı ilə onlayn iclas keçirib.  ...

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti Şabran rayonunda regional müşavirə keçirib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti 20 may 2020-ci il tarixində Şabran şəhərində cari ilin ötən dövrü ərzində şimal regionu üzrə baş vermiş yanğınlarla bağlı əməliyyat şəraitinin vəziyyətinin, görülmüş işlər və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş müşavirə keçirib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi tərəfindən qanvermə aksiyası keçirilib

Heydər Əliyev Fondunun çağırışına və təşəbbüsünə dəstək olaraq Fövqəladə Hallar Nazirliyinin regionlarda yerləşən strukturları da könüllü qanvermə aksiyasına qoşulur. ...

Ardını oxu