Geri

Maarifləndirmə tədbirləri davam etdirilir

7 noyabr 2019-cu il tarixində FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin İctimai obyektlərə nəzarət sektoru Bakı şəhəri Səbail rayonunda yerləşən “Don Dar Otel”də, 1-ci ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi Abşeron rayon Qobu qəsəbəsi 2 nömrəli tam orta məktəbində, Qarabağ regional Dövlət Yanğın Nəzarəti İdarəsi Bərdə rayon Qaradırnaq kənd tam orta məktəbində, Ağdam rayon Səfərli qəsəbəsi 91 saylı köçkün tam orta məktəbində, Ağcabədi şəhər “Röyal Xan Palace” otelində, Aran regional Dövlət Yanğın Nəzarəti İdarəsi Goranboy rayon Xanqərvənd kənd tam orta məktəbində, 4-cü ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi Xəzər rayon 33 və 130 nömrəli tam orta məktəblərdə, Sabunçu rayon Bakıxanov qəsəbəsində yerləşən istirahət mərkəzində, Muğan regional Dövlət Yanğın Nəzarəti İdarəsi İmişli şəhər 1 nömrəli tam orta məktəbində, Sabirabad rayon Surra kənd tam orta məktəbində, Şirvan Apellasiya Məhkəməsində, Saatlı rayon Sarıcala kəndində yerləşən “Komfort” şadlıq sarayında, Şimal regional Dövlət Yanğın Nəzarəti İdarəsi isə Şabran şəhər Diyarşunaslıq Mərkəzində maarifləndirmə tədbirləri keçirib.

Tədbirlərdə “İnzibati binalar üçün yanğın təhlükəsizliyi qaydaları”, “Dəm qazı təhlükəsi”, “Məişətdə yanğın təhlükəsizliyi”, “112” qaynar xətti”nə nə vaxt zəng etməli?”, “Odsöndürənlərdən istifadə qaydası” barədə, həmçinin adıçəkilən müəssisələrdə yanğın təhlükəsizliyi qaydaları haqqında ətraflı məlumat verilib. Toplantılarda, həmçinin ərazinin daim təmiz vəziyyətdə saxlanılması, normativ sənədlərə uyğun ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməsi, yanğın zamanı insanların binadan köçürülməsi planlarının hazırlanmasının zəruriliyi, pilləkən qəfəslərində əlavə otaqların quraşdırılmasının yolverilməzliyi, yanğına qarşı su təchizatına-hovuzlara, kəmərlərə, çən və hidrantlara qayğı ilə yanaşılmasının vacibliyi  qeyd olunub, ikin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani olaraq nümayiş etdirilib, yanğına qarşı təbliğat işində istifadə olunması üçün “Vətəndaşların nəzərinə”, “Yanğın zamanı davranış qaydaları” mövzularında yaddaş vərəqələri və bukletlər paylanılıb.

Digər məlumatlar

FHN-in Qarabağ Regional Mərkəzi müşavirə keçirib

20 noyabr 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzində “Mülki müdafiə sahəsində 2019-cu ilin yekunları və 2020-ci ildə qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilib. ...

Ardını oxu

Rayon müşavirələri davam edir

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi 19 noyabr 2019-cu il tarixində Xətai Rayon İcra Hakimiyyətində “Mülki müdafiə sahəsində 2019-cu ilin yekunu, 2020-ci ildə qarşıda duran vəzifələr” mövzusunda metodiki toplanış, eləcə də “Yanğın təhlükəsizliyinin təmin olunmasında Fövqəladə Hallar Nazirliyi, yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının birgə fəaliyyəti” mövzusunda......

Ardını oxu

FHN-in Bakı Regional Mərkəzi rayon müşavirəsi keçirib

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi 19 noyabr 2019-cu il tarixində Nərimanov Rayon İcra Hakimiyyətində “Mülki müdafiə sahəsində 2019-cu ilin yekunu, 2020-ci ildə qarşıda duran vəzifələr” mövzusunda metodiki toplanış, eləcə də “Yanğın təhlükəsizliyinin təmin olunmasında Fövqəladə Hallar Nazirliyi, yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının birgə fəaliyyəti” mövzusunda......

Ardını oxu