Geri

“Zəlzələ hadisələrində cavabvermə” mövzusunda beynəlxalq regional təlim davam edir

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin və Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin birgə təşkilatçılığı ilə 3 noyabr 2019-cu il tarixindən etibarən FHN Akademiyasında start götürən “Zəlzələ hadisələrində cavabvermə” mövzusunda beynəlxalq regional təlim davam edir.

Təlimdə iştirak edən aidiyyəti qrumlar və qeyri hökümət nümayəndələri tərəfindən təbii fəlakət nəticəsində yaranmış vəziyyətin qiymətləndirilməsi, müvafiq təkliflərin hazırlanması, qərarların qəbul edilməsi, fəlakətin nəticələrinin aradan qaldırılması sahəsində əməliyyat və qarşılıqlı fəaliyyət prosedurlarının yerinə yetirilməsi işləri həyata keçirilir. Həmçinin, yaranmış vəziyyət, həyata keçirilən tədbirlər və davranış qaydaları barədə ictimaiyyətin məlumatlandırılması da təlimin əsas müzakirə mövzularındandır. Beynəlxalq yardım üçün müraciət olunması və bu sahədə fəaliyyət göstərən beynəlxalq təşkilatlarla qarşılıqlı fəaliyyətin təşkili də prioritet istiqamətlərdəndir.

Təlimdə Fövqəladə Hallar Nazirliyinin və digər aidiyyəti dövlət qurumlarının əməkdaşları, BMT-nin Beynəlxalq Axtarış və Xilasetmə üzrə Məşvərət Qrupuna (INSARAG) üzv olan müxtəlif ölkələrin komandaları, həmçinin NATO EADRCC (Avro-Atlantik Fəlakətılərə Cavabvermə Mərkəzi), Ümumdünya Səhiyyə Təşkilatı, ATƏT, , Azərbaycan Qızıl Aypara Cəmiyyəti, “BP-Azərbaycan” “MapAction” şirkətinin nümayəndələri iştirak edirlər.

Tədbirdə çıxış edən Beynəlxalq Axtarış və Xilasetmə Məşvərət Qrupu (INSARAG) Katibliyinin rəhbəri Rudolf Muller bunları bildirmişdir: “Biz fövqəladə hallar zamanı yerli və beynəlxalq prosudurların məşq etdirilməsi üçün burdayıq. Hal-hazırda zəlzələ hadisəsinin ssenarisi məşq edilir. Yerli dəstələr beynəlxalq axtariş və xilasetmə dəstələri ilə birgə fəaliyyət göstərir. Dünyanın bir çox ölkələrindən və 15-dən artıq beynəlxalq təşkilatdan gələn bu dəstələr zəlzələ hadisəsindən sonra insanların xilas edilməsinə yardım üçün bacarıqlarıını nümayiş etdirirlər. Biz xilasetmə əməliyyatlarının yerli və eyni zamanda beynəlxalq dəstələr üçün prosedurları məşq edirik. Bu təlim bizə həm də beynəlxalq prosedurların sınaqdan keçirilməsi imkanını verir və birgə effektiv işləmək  imkanılarımızın olduğunu göstərir”.

Təlim işini noyabrın 8-də başa çatdıracaq.

Digər məlumatlar

FHN-in Qarabağ Regional Mərkəzi müşavirə keçirib

20 noyabr 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzində “Mülki müdafiə sahəsində 2019-cu ilin yekunları və 2020-ci ildə qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilib. ...

Ardını oxu

Rayon müşavirələri davam edir

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi 19 noyabr 2019-cu il tarixində Xətai Rayon İcra Hakimiyyətində “Mülki müdafiə sahəsində 2019-cu ilin yekunu, 2020-ci ildə qarşıda duran vəzifələr” mövzusunda metodiki toplanış, eləcə də “Yanğın təhlükəsizliyinin təmin olunmasında Fövqəladə Hallar Nazirliyi, yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının birgə fəaliyyəti” mövzusunda......

Ardını oxu

FHN-in Bakı Regional Mərkəzi rayon müşavirəsi keçirib

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi 19 noyabr 2019-cu il tarixində Nərimanov Rayon İcra Hakimiyyətində “Mülki müdafiə sahəsində 2019-cu ilin yekunu, 2020-ci ildə qarşıda duran vəzifələr” mövzusunda metodiki toplanış, eləcə də “Yanğın təhlükəsizliyinin təmin olunmasında Fövqəladə Hallar Nazirliyi, yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının birgə fəaliyyəti” mövzusunda......

Ardını oxu