Geri

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbiri keçirib.

7 noyabr 2019-cu il tarixində Fövqəladə  Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti Bakı Regional Mərkəzin əməkdaşları ilə birgə Qaradağ rayonu Qızıldaş qəsəbəsindəki 180 saylı tam orta məktəbdə maarifləndirmə tədbiri keçirib.

Tədbirdə ”Dəm qazı təhlükəsi”, ”Məişətdə yanğın təhlükəsizliyi”, ”112” qaynar xəttinə nə vaxt zəng etməli”, “Odsöndürənlərdən istifadə qaydası” adlı slaydlar təqdim edilərək yanğın təhlükəsizliyi qaydaları haqqında ətraflı məlumat verilib. Ərazinin daim təmiz vəziyyətdə saxlanılması, normativ sənədlərə uyğun ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməsi, yanğın zamanı insanların binadan köçürülməsi (təxliyyə) planlarının və hər bir sinif otağı üçün yanğın təhlükəsizliyi qaydalarına aid yaddaş kitabçalarının tərtib olunaraq müvafiq yerlərdən asılması, pilləkən qəfəsliklərində əlavə otaqların quraşdırılmasının yolverilməzliyi, yanğına qarşı su təchizatına (hovuzlar, kəmərlər, çənlər, hidrantlar) qayğı ilə yanaşılmasının vacibliyi qeyd olunub.

Tədbirdə ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani olaraq nümayiş etdirilib, yanğına qarşı təbliğat işində istifadə olunması üçün “Vətəndaşların nəzərinə”, “Yanğın zamanı davranış qaydaları” mövzularında yaddaş vərəqələri, bukletlər tədbir iştirakçılarına paylanıb.

Digər məlumatlar

Maarifləndirmə tədbirləri davam etdirilir

20 noyabr 2019-cu il tarixində FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin İctimai obyektlərə nəzarət sektoru Sumqayıt şəhərində yerləşən “Sumqayıt Plaza” otelində, 1-ci ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi......

Ardını oxu

FHN-in Sumqayıt Regional Mərkəzi seminar-müşavirə keçirib

20 noyabr 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi Abşeron rayon Telekommunikasiya Qovşağında “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda seminar-müşavirə keçirib. ...

Ardını oxu

FHN Akademiyasının rəhbərliyi Moskva şəhərində səfərdə olub

Fövqəladə Hallar Nazirliyi Akademiyasının rəisi general-mayor Baba Salayevin rəhbərlik etdiyi nümayəndə heyəti 12-16 noyabr 2019-cu il tarixlərində Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində səfərdə olub. ...

Ardını oxu