Geri

Maarifləndirmə tədbirləri davam edir

6 noyabr 2019-cu il tarixində FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin 1-ci ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi Abşeron rayon Xırdalan şəhər 1 saylı Uşaq bağçasında, 2-ci ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi Yasamal rayon Dövlət Uşaq Flarmoniyasında, Gəncə Regional Dövlət Yanğın Nəzarəti İdarəsi Gəncə şəhər Uşaq-Gənclər Mərkəzində, Qarabağ Regional Dövlət Yanğın Nəzarəti İdarəsi Bərdə rayon Məmmədli, Mollaisalar kənd və Təhlə qəsəbəsində yerləşən Laçın rayon köçkün tam orta məktəblərində, Ağdam rayon İmamqulubəyli kənd tam orta məktəbdə, Aran Regional Dövlət Yanğın Nəzarəti İdarəsi Goranboy rayon Veyisli kəndində yerləşən 65 nömrəli Kəlbəcər tam orta məktəbdə, Ucar rayon Lokomotiv Dövriyyə Deposunun briqada evində, Göyçay rayon Cəyirli kənd ümumi orta məktəbdə, "Azərbaycan Dəmir Yolları" QSC-nin Mingəçevir Stansiyasında və Tərtər rayon Bayandur kənd ibtidai məktəbdə, Muğan Regional Dövlət Yanğın Nəzarəti İdarəsi Salyan şəhər Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında, Sirvan şəhər Kommunal Kombinat Müəssisəsi və “Aytac” şadlıq evində, Sabirabad şəhər 2 saylı Liseydə, Saatlı rayon Əlisoltan kənd Uşaq bağçasında, 4-cü ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi Xəzər rayon Buzovna qəsəbə 26 saylı tam orta məktəbdə, Suraxanı rayon 89 saylı, Hövsan qəsəbəsi 281 saylı tam orta məktəblərdə və Qaraçuxur Bələdiyyəsində, Sabunçu rayon 215 saylı tam orta məktəbdə, Xəzər rayon Binə qəsəbəsi “Şak Ştore” AVM-də, Cənub Regional Dövlət Yanğın Nəzarəti Lənkəran rayon Mamusta kənd tam orta məktəbdə maarifləndirmə tədbirləri keçirib.

Tədbirlərdə “İnzibati binalar üçün yanğın təhlükəsizliyi qaydaları”, “Dəm qazı təhlükəsi”, “Məişətdə yanğın təhlükəsizliyi”, “112” qaynar xətti”nə nə vaxt zəng etməli?”, “Odsöndürənlərdən istifadə qaydası” barədə, həmçinin adıçəkilən müəssisələrdə yanğın təhlükəsizliyi qaydaları haqqında ətraflı məlumat verilib. Toplantılarda, həmçinin ərazinin daim təmiz vəziyyətdə saxlanılması, normativ sənədlərə uyğun ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməsi, yanğın zamanı insanların binadan köçürülməsi planlarının hazırlanmasının zəruriliyi, pilləkən qəfəslərində əlavə otaqların quraşdırılmasının yolverilməzliyi, yanğına qarşı su təchizatına-hovuzlara, kəmərlərə, çən və hidrantlara qayğı ilə yanaşılmasının vacibliyi  qeyd olunub. Eyni zamanda ikin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani olaraq nümayiş etdirilib, yanğına qarşı təbliğat işində istifadə olunması üçün “Vətəndaşların nəzərinə”, “Yanğın zamanı davranış qaydaları” mövzularında yaddaş vərəqələri və bukletlər paylanılıb.

Digər məlumatlar

Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının onlayn iclası keçirilib

22 may 2020-ci il tarixində FHN işçilərinin Həmkarlar İttifaqı FHN-in aparatı, regional mərkəzləri və qurumlarında fəaliyyət göstərən həmkarlar ittifaqı komitəsi sədrlərinin iştirakı ilə onlayn iclas keçirib.  ...

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti Şabran rayonunda regional müşavirə keçirib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti 20 may 2020-ci il tarixində Şabran şəhərində cari ilin ötən dövrü ərzində şimal regionu üzrə baş vermiş yanğınlarla bağlı əməliyyat şəraitinin vəziyyətinin, görülmüş işlər və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş müşavirə keçirib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi tərəfindən qanvermə aksiyası keçirilib

Heydər Əliyev Fondunun çağırışına və təşəbbüsünə dəstək olaraq Fövqəladə Hallar Nazirliyinin regionlarda yerləşən strukturları da könüllü qanvermə aksiyasına qoşulur. ...

Ardını oxu