Geri

FHN-in Bakı Regional Mərkəzi açıq qapı günü keçirib

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi 28 noyabr 2019-cu il tarixində Mərkəzin bazasında “Cəsurluq məktəbi” açıq qapı günü keçirib.

Açıq qapı gününün keçirilməsində məqsəd Bakı şəhəri ümumtəhsil müəssisələrinin şagirdlərini Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə yaxından tanış etməkdən ibarət olub.

“Cəsurluq məktəbi” açıq qapı gününün iştirakçıları Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən aparılmış seçim qaydası ilə müəyyən edilib. Belə ki, tədbirdə iştirak etmiş 130 yuxarı sinif şagirdinin hər biri məhz öz gələcəyini fövqəladə hallar orqanlarında fəaliyyətlə bağlamaq istəyən gənclər olub.

Tədbir zamanı əvvəlcədən müəyyən edilmiş təlim nöqtələri üzrə axtarış-xilasetmə və digər təxirəsalınmaz işlərin aparılmasında istifadə olunan texnika, alət və avadanlıqlar nümayişi etdirilib, onların iş prinsipi barədə məlumat verilib.

Sonda suallar ətraflı cavablandırılıb.

Digər məlumatlar

Taxıl zəmilərində, otlaq sahələrində və meşə fondu ərazilərində yanğın təhlükəsizliyinə riayət olunmalıdır

Yanğın təhlükəsizliyinin təmin edilməsi ilə bağlı əkin sahələrində baş vermiş yanğınların qarşısının alınması məqsədilə Tərtər və Cəlilabad rayon İcra Hakimiyyətində qərərgahlar yaradılıb....

Ardını oxu

Yanğın təhlükəsizliyi müzakirə olunub

Sabirabad rayonu ərazisində dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanılması və emalı dövründə, eləcə də meşə zolaqlarında  yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə......

Ardını oxu

Əkin sahələrinin yanğın təhlükəsizliyinə dair videokonfranslar keçirilib

Taxıl və dənli bitkilərin biçin mövsümü ilə əlaqədar olaraq Yevlax və Göyçay rayonlarında əkin sahələrində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə həmin rayonların icra hakimiyyətlərində müvafiq qərargahlar yaradılıb....

Ardını oxu