Geri

Fövqəladə Hallar Nazirliyi Nəsimi rayonunda yerləşən 46 nömrəli tam orta məktəbdə təlim keçirib

29 noyabr 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin İctimaiyyətlə əlaqə idarəsi və Dövlət Yanğından Mühafizə Xidmətinin birgə təşkilatçılığı, Bakı şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələrinin iştirakı ilə Bakı şəhəri, Nəsimi rayonu 46 nömrəli tam orta məktəbdə yanğın təhlükəsizliyinə dair təlim keçirilib. FHN-in müvafiq canlı qüvvə, texnika və avadanlıqlarının cəlb edildiyi təlimdə məqsəd məktəb kollektivinə yanğın təhlükəsizliyi qaydalarının, o cümlədən yanğın zamanı təxliyyə qaydalarının aşılanması olub.

Təlimdən əvvəl məktəb heyətinə yanğın təhlükəsizliyinə, eləcə də yanğın zamanı təxliyyəyə dair müvafiq maarifləndirici məlumatlar verilib.

Təlimdə simulyasiya edilmiş yanğın zamanı həyəcan siqnalı verildikdən sonra FHN-in yanğınsöndürən və təcili tibbi yardım dəstələri təlimatda nəzərdə tutulmuş müddətdə hadisə yerinə çatıb. Şərti yanğın baş vermiş məktəbdə təxliyyə planına uyğun olaraq şagird və müəllimlərin təhlükəsiz yerə təxliyyəsi həyata keçirilib, sinif otaqlarında qalmış məktəblilər xilas edilib, şərti xəsarət almış məktəblilərə ilkin tibbi yardım göstərilib.

Təlim uğurla başa çatıb və qarşıya qoyulmuş məqsədlərə nail olunub.

Digər məlumatlar

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirləri keçirib

22 yanvar 2020-ci il tarixində FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin 1-ci ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi Qobustan rayon Məhkəməsində, Muğan regional Dövlət Yanğın Nəzarəti İdarəsi Sabirabad rayon...

Ardını oxu

FHN-in cüdo komandası Azərbaycan birinciliyində uğurla çıxış edib

14-17 yanvar 2020-ci il tarixlərində Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq Mərkəzinin idman arenasında yeniyetmələr arasında Azərbaycan birinciliyi keçirilib....

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti Bakı Regional Mərkəzi ilə birgə maarifləndirmə tədbiri keçirib

22 yanvar 2020-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti Bakı Regional Mərkəzinin əməkdaşları ilə birgə Azərbaycan Dövlət İqtisad Universitetində maarifləndirmə tədbiri keçirib....

Ardını oxu