Geri

FHN-in Mülki müdafiə işinin təşkili Baş idarəsi səhra şəratində toplantı keçirib

28-29 noyabr 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyin Mülki müdafiə işinin təşkili Baş idarəsi tərəfindən regional mərkəzlərin Mülki müdafiə idarələri və həmin idarələrin şöbə rəisləri ilə mülki müdafiənin vəziyyəti ilə bağlı 2019-cu ilin on bir ayının yekununa və 2020-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş səhra şəratində toplantı keçirilib.

Toplantının məqsədi regional mərkəzlərin əhatə ərazilərində mülki müdafiənin idarəetmə orqanlarının fövqəladə hadisələr zamanı qarşılıqlı fəaliyyətinin təşkili və onların birgə fəaliyyət mexanizminin işlənilməsi, rabitə və xəbərdarlıq sistemlərinin dayanıqlığının təmin edilməsi, fövqəladə hadisələr zamanı mülki müdafiə xidmətlərinin və hərbiləşdirilməmiş mülki müdafiə dəstələrinin tətbiqi, mülki müdafiə dəstələrinin qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin yerinə yetirilməsi, mülki müdafiə təlim və məşqlərinin keçirilməsi, əməliyyat qərargahının fəaliyyətinin təşkili üzrə regional mərkəzlərin əməkdaşlarının hazırlıq səviyyələrinin yüksəldilməsi, onların qəragah fəaliyyəti üzrə vərdişlərinin təkmilləşdirilməsi və səhra bacarıqlarının artırılması, həmçinin mülki müdafiə sahəsində mövcud vəziyyətin təhlili, 2019-cu ildə görülmüş işlərin yekunu, 2020-ci il üçün tapşırıqların müəyyən edilməsi və digər mülki müdafiə məsələlərinin müzakirəsi olmuşdur.

Toplantının ilk mərhələsində tədbir iştirakçılarına Muğan Regional Mərkəzi tərəfindən Salyan rayonunda keçirilən kompleks mülki müdafiə təliminin praktiki hissəsi nümayiş etdirilib.

Məşğələ çərçivəsində fövqəladə hadisələr zamanı mülki müdafiə xidmətlərinin və hərbiləşdirilməmiş mülki müdafiə dəstələrinin müxtəlif şəraitlərdə fəaliyyəti, sənaye obyektlərində qəza-xilasetmə əməliyyatının təşkili və aparılması, ağır texnika və xüsusi vasitələrin tətbiqi, əməliyyatların hərtərəfli təminatı üzrə tapşırıqların yerinə yetirilməsi qaydaları nümayiş olunub. Həmçinin regional mərkəzlərin idarə və şöbə rəisləri heyətinə fövqalədə hallar zamanı əməliyyat qərargahının fəaliyyətinin təşkili, qərargah üzvlərinin işçi yerlərinin qurulması, mülki müdafiə qüvvələrinin əməliyyatlara cəlb olunması, qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin yerinə yetirilmə ardıcıllığı, qüvvə və vasitələrin fəaliyyət istiqamətləri üzrə bölünməsi, tapşırıqların yerinə yetirilməsi zamanı qaşılıqlı fəaliyyət və digər aidiyyəti tədbirlər üzrə sənədlərin (əmrlər, sərəncamlar, idarəetmə, rabitə və xəbərdarlığın təşkili sxemi, arayışlar, sifarişlər, hesabatlar, cəlb olunacaq qüvvə və vasitələrin say tərkibi və s.) tərtibatı qaydaları və normativləri praktiki olaraq öyrədilib.

Toplantının növbəti mərhələsi əməliyyat qərargahında “Mülki müdafiə tədbirlərinin planlaşdırması, həyata keçirilməsi və onların yerinə yetirilməsinə nəzarətin təşkili”, “Əməliyyat qərargahlarının fəaliyyətinin təşkili”, “Əhalinin mühəndis mühafizəsinin təşkili, rabitə və xəbərdarlıq sisteminin təşkili”, “Əhalinin mülki müdafiəyə hazırlanması və mülki müdafiə kurslarının təşkili” mövzuları nəzəri olaraq keçirilib.

Tədris olunan mövzular üzrə mülki müdafiə tədbirlərinin yerinə yetirilməsində mülki müdafiə tədbirlərinin planlaşdırılması, onların yerinə yetirilməsi və icrasına nəzarətin təşkili, əhalinin və ərazinin fövqəladə hadisələrdən müdafiəsinin təmin edilməsinə dair normativ sənədlərin işlənilməsi və onların icrasına nəzarətin təşkili, rəhbər heyətin, hərbiləşdirilməmiş mülki müdafiə dəstələrinin, vəzifəli şəxslərin, mülki müdafiə orqanları və qüvvələrinin hazırlanması və onlara mülki müdafiənin öyrədilməsinin təşkili, mülki müdafiə qüvvələrinin idarə olunması və onların fövqəladə halların qarşısının alınmasına, xilasetmə və digər təxirəsalınmaz işlərin yerinə yetirilməsinə hazırlığının təmin edilməsi sahəsində müzakirələr aparılıb. Həmçinin, mülki müdafiə obyektlərinin daim hazır vəziyyətdə saxlanılması və dinc dövrdə həmin obyektlərin düzgün istifadə edilməsinə nəzarətin həyata keçirilməsi, fövqəladə hadisələr və hərbi əməliyyatlarla bağlı təhlükələr barədə məlumatların toplanması və aidiyyəti dövlət orqanları ilə birlikdə təşkilatların və əhalinin operativ xəbərdar edilməsi məslələri də geniş müzakirə olunub.

Yekunda 2019-cu ilin 11 ayı ərzində görlmüş işlərin təhlili aparılıb, mövcud çatışmazlıqların aradan qaldırılması yolları göstərilib, təkliflər dinlənilib və 2020-ci ildə regional mərkəzlərin qarşısında duran məsələlərin həlli ilə bağlı tapşırıqlar verilib.

Digər məlumatlar

FHN-in Regional mərkəzləri maarifləndirmə tədbirlərini davam etdirir

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzinin təşkilatçılığı, Şimal-qərb Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin iştirakı ilə 21 yanvar 2020-ci il tarixində Qəbələ rayonunda...

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirləri keçirib

22 yanvar 2020-ci il tarixində FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin 1-ci ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi Qobustan rayon Məhkəməsində, Muğan regional Dövlət Yanğın Nəzarəti İdarəsi Sabirabad rayon...

Ardını oxu

FHN-in cüdo komandası Azərbaycan birinciliyində uğurla çıxış edib

14-17 yanvar 2020-ci il tarixlərində Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq Mərkəzinin idman arenasında yeniyetmələr arasında Azərbaycan birinciliyi keçirilib....

Ardını oxu