Geri

Maarifləndirmə tədbirləri davam etdirilir

28 noyabr 2019-cu il tarixində FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin İctimai obyektlərə nəzarət sektoru Bakı şəhəri Səbail rayonunda yerləşən “Austin” və “Four Seasons Hotel Baku” otellərində, 1-ci ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi Qobustan rayon Gigiyena və Epidemologiya Mərkəzində, Gəncə regional Dövlət Yanğın Nəzarəti İdarəsi Qazax rayon Daş Salahlı kənd tam orta məktəbində, Aran regional Dövlət Yanğın Nəzarəti İdarəsi  Göyçay rayon Şıxbəy kənd ümumi orta məktəbində, Muğan regional Dövlət Yanğın Nəzarəti İdarəsi Sabirabad rayon Mirzəli kənd tam orta məktəbində, Şirvan şəhər Peşə liseyində, Qarabağ regional Dövlət Yanğın Nəzarəti İdarəsi Bərdə rayon Divanlı kəndində yerləşən Ağdam rayon 78 nömrəli  köçkün tam orta məktəbində, Güloğlular kənd tibb məntəqəsində, Kətəlparaq kənd ərazi Dairəsi üzrə İcra nümayəndəliyində, Otuzikilər kənd tam orta məktəbində, Füzuli rayon Horadiz şəhərində yerləşən “AzPetrol” yanacaq doldurma məntəqəsində və 47 nömrəli Yol İstismar Sahəsi​ndə, Ağdam rayon İmamqulubəyli qəsəbəsində yerləşən 87 nömrəli köçkün tam orta məktəbində, Şimal regional Dövlət Yanğın Nəzarəti İdarəsi isə Şabran şəhər 5 nömrəli tam orta məktəbində maarifləndirmə tədbirləri keçirib.

Tədbirlərdə “İnzibati binalar üçün yanğın təhlükəsizliyi qaydaları”, “Dəm qazı təhlükəsi”, “Məişətdə yanğın təhlükəsizliyi”, “112” qaynar xətti”nə nə vaxt zəng etməli?”, “Odsöndürənlərdən istifadə qaydası” barədə, həmçinin adıçəkilən müəssisələrdə yanğın təhlükəsizliyi qaydaları haqqında ətraflı məlumat verilib. Toplantılarda, həmçinin ərazinin daim təmiz vəziyyətdə saxlanılması, normativ sənədlərə uyğun ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməsi, yanğın zamanı insanların binadan köçürülməsi planlarının hazırlanmasının zəruriliyi, pilləkən qəfəslərində əlavə otaqların quraşdırılmasının yolverilməzliyi, yanğına qarşı su təchizatına-hovuzlara, kəmərlərə, çən və hidrantlara qayğı ilə yanaşılmasının vacibliyi  qeyd olunub, ikin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani olaraq nümayiş etdirilib, yanğına qarşı təbliğat işində istifadə olunması üçün “Vətəndaşların nəzərinə”, “Yanğın zamanı davranış qaydaları” mövzularında yaddaş vərəqələri və bukletlər paylanılıb.

Digər məlumatlar

FHN-in Regional mərkəzləri maarifləndirmə tədbirlərini davam etdirir

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzinin təşkilatçılığı, Şimal-qərb Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin iştirakı ilə 21 yanvar 2020-ci il tarixində Qəbələ rayonunda...

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirləri keçirib

22 yanvar 2020-ci il tarixində FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin 1-ci ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi Qobustan rayon Məhkəməsində, Muğan regional Dövlət Yanğın Nəzarəti İdarəsi Sabirabad rayon...

Ardını oxu

FHN-in cüdo komandası Azərbaycan birinciliyində uğurla çıxış edib

14-17 yanvar 2020-ci il tarixlərində Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq Mərkəzinin idman arenasında yeniyetmələr arasında Azərbaycan birinciliyi keçirilib....

Ardını oxu