Geri

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında elmi-praktik konfrans kecirilib

28 noyabr 2019-cu il tarixində FHN-in Akademiyasında Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı ilə ölkəmizdəki digər ali məktəblərin kursant, tələbə və magistrantların iştirak etdiyi “Fövqəladə hallar və təhlükəsizlik problemləri“ mövzusunda elmi-praktik konfrans keçirilib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 sentyabr 2017-ci il tarixli 3236 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının müddəalarına uyğun olaraq gənclərin fövqəladə hallarda davranışı haqqında məlumatlılıq səviyyəsinin artırılması məqsədi ilə təşkil edilmiş konfransa Fövqəlada Hallar Nazirliyinin Akademiyası və digər müvafiq struktur bölmələri, Heydər Əliyev adına Ali Hərbi Məktəb, Milli Aviasiya Akademiyası, Daxili İşlər Nazirliyinin Polis Akademiyası, Azərbaycan Dövlət Dəniz Akademiyası, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət Sərhəd Xidmətinin Akademiyası qatılıblar.

Əvvəlcə konfrans iştirakçıları Akademiyada fəaliyyət göstərən Heydər Əliyev Mərkəzi ilə tanış olublar.

Konfransı giriş sözü ilə açan Fövqəladə Hallar Nazirliyinin Akademiyasının rəisi general-mayor Baba Salayev “Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə”  Dövlət Proqramı çərçivəsində keçirilən tədbirin əhəmiyyətindən danışıb, bu sahədə elmin və təhsilin xüsusi rolunu qeyd edərək, ölkəmizdə bunun üçün hər cür şərait yaradıldığını və möhtərəm Prezident İlham Əliyev tərəfindən daim diqqət və qayğı göstərildiyini vurğulayıb. Gənclərlə bağlı dövlət proqramının ölkəmizin inkişafı ilə bağlı böyük konsepsiyalara söykəndiyini deyən Akademiyanın rəisi tələbə gənclərin elmi işlərə cəlb edilməsinin əhəmiyyətindən danışaraq konfrans iştirakçılarına uğurlar arzulayıb.

Fövqəladə Hallar Nazirliyinin Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin Layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə idarəsinin rəisi Azadi Quliyev çıxış edərək bildirib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Azrəbaycan Pespublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, gənclər bütün sahələrdə onlara tapşırılan vəzifələrin öhdəsindən inamla gəlirlər.

Daha sonra Heydər Əliyev addına Ali Hərbi Məktəbin Elmi-tədqiqat bölməsinin rəis müavini pedaqoji elmlər namizədi, dossent Münəvvər Məmmədova və DİN-in Polis Akademiyasının Hərbi kafedrasının müəllimi polis polkovniki Eyvaz Nurməmmədov çıxış edərək ölkə Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci il Dövlət Proqramı“nın mərhələlər üzrə həyata keçirilməsinin əhəmiyyətindən və əldə olunan nailiyyətlərdən bəhs ediblər.

Plenar iclasda Fövqəladə Hallar Nazirliyinin Akademiyasının magistrantı Mir Ramin Yunusov, FHN-in Bakı Regional Mərkəzinin şöbə rəisi daxili xidmət mayoru İnqilab Xəlilov, Milli Aviasiya Akademiyasının magistrantı Lalə Əliyeva, Azərbaycan Dövlət Dəniz Akademiyasının tələbəsi Hüseyn Əliyev, Heydər Əliyev adına Hərbi Məktəbin kursantları Nurlan Məmmədrəhimov və Nurlan Əhmədov, DİN-in Polis Akademiyasının magistrantı polis leytenantı Ata Vəliyev və Milli Aviasiya Akademiyasının magistrantı Hafiz Quluzadə məruzələrlə çıxış ediblər.

Sonra konfrans öz işini bölmə iclaslarında davam etdirib. Tədbirin sonunda Akademiyanın rəisi Baba Salayev kursant, tələbə və magistrantları təhsil ocağının  fəxri fərmanı ilə təltif edib.

Digər məlumatlar

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirləri keçirib

22 yanvar 2020-ci il tarixində FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin 1-ci ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi Qobustan rayon Məhkəməsində, Muğan regional Dövlət Yanğın Nəzarəti İdarəsi Sabirabad rayon...

Ardını oxu

FHN-in cüdo komandası Azərbaycan birinciliyində uğurla çıxış edib

14-17 yanvar 2020-ci il tarixlərində Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq Mərkəzinin idman arenasında yeniyetmələr arasında Azərbaycan birinciliyi keçirilib....

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti Bakı Regional Mərkəzi ilə birgə maarifləndirmə tədbiri keçirib

22 yanvar 2020-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti Bakı Regional Mərkəzinin əməkdaşları ilə birgə Azərbaycan Dövlət İqtisad Universitetində maarifləndirmə tədbiri keçirib....

Ardını oxu