Geri

FHN-in Qarabağ Regional Mərkəzi müşavirə keçirib

22 noyabr 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi Abşeron rayonu Masazır qəsəbəsində yerləşən Sumqayıt Regional Mədəniyyət İdarəsinin Zəngilan rayon Mədəniyyət Evində Qubadlı, Zəngilan və Şuşa rayonları üzrə fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri, mülki müdafiə işinə cavabdeh şəxsləri ilə “Mülki müdafiə sahəsində 2019-cu ilin yekunları və 2020-ci ildə qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirib.

Müşavirə regionda 2019-cu il ərzində mülki müdafiə sahəsində mövcud vəziyyətin təhlili, bu sahədəki problem və çatışmazlıqların aradan qaldırılması, habelə 2020-ci ildə mülki müdafiə işinin gücləndirilməsi, fövqəladə hadisələrdən qorunma sahəsində əhalinin hazırlanması, maarifləndirmə istiqamətində fəaliyyətin daha da intensivləşdirilməsinə dair müzakirələrin aparılması məqsədilə təşkil edilib.

Tədbirdə çıxış edənlər mülki müdafiə sahəsində mövcud vəziyyət, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində görülmüş işlər, eləcə də qarşıda duran vəzifələr haqda fikirlər səsləndiriblər. Həmçinin müşavirədə  2020-ci il ərzində istər Regional Mərkəz, istərsə də yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları, eləcə də mülkiyyət formasından asılı olmayaraq, idarə, müəssisə və təşkilatlar tərəfindən əsas diqqətin mülki müdafiə sahəsində əhali və ərazilərin təhlükəsizliyinin təmin edilməsi istiqamətinə yönəldilməsinin vacibliyi məqsədəuyğun hesab edilib. Eyni zamanda qeyd edilib ki, mülki müdafiə tədbirlərinin planlaşdırılması, vaxtında və keyfiyyətli icrası, xüsusən də cəbhəyanı ərazilərdə maarifləndirmə işinin gücləndirilməsi, rabitə xəbərdarlıq sisteminin daim hazır vəziyyətdə saxlanılması, hərbiləşdirilməmiş mülki müdafiə dəstələrinin işinin lazımi səviyyədə təşkili, təlim və məşqlərin planlaşdırılması və icrasının təmin olunması, mülki müdafiə qərargahlarının fəaliyyətinin gücləndirilməsi də prioritet istiqamətlərdən olmalıdır. Eləcə də baş verə biləcək fövqəladə hadisələr zamanı əhalinin və ərazilərin mühafizəsinin etibarlı təmin olunması məqsədilə FHN-in Qarabağ Regional Mərkəzi və nazirliyin həmin ərazidə fəaliyyət göstərən digər qurumları ilə yerli icra strukturları və dövlət idarəetmə orqanlarının qurumları arasında qarşılıqlı fəaliyyətin təşkili işinin daha da təkmilləşdirilməsinin zəruriliyi diqqətə çatdırılıb.

Yekunda region ərazisində mülki müdafiə işinin təşkil olunması ilə bağlı mövcud çatışmazlıqlar barədə fikir mübadiləsi aparlıb, nöqsanların aradan qaldırılması istiqamətində təkliflər səsləndirilib.

Digər məlumatlar

FHN-in Aran Regional Mərkəzi maarifləndirmə tədbiri keçirib

6 dekabr 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi Ucar rayon 5 nömrəli tam orta məktəbinin kollektivi ilə “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib....

Ardını oxu

Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir

6 dekabr 2019-cu il tarixində FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin 2-ci ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi Nəsimi rayon 18 nömrəli Uşaq bağçasında, Gəncə regional Dövlət Yanğın Nəzarəti İdarəsi “Aqroservis” ASC-nin Şəmkir regional ...

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətləri birgə yanğın-taktiki təlim keçirib

5 dekabr 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin İctimai Obyektlərə Nəzarət Sektoru Nərimanov rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları ilə birlikdə Bakı şəhərində keçiriləcək budo idman döyüş ...

Ardını oxu