Geri

FHN-in Gəncə Regional Mərkəzinin əməkdaşları “Yerli icmaların fövqəladə hallar zamanı sağlamlıq üzrə dayanıqlığının gücləndirilməsi” layihəsində iştirak ediblər

21 noyabr 2019-cu il tarixində Gəncə şəhərində yerləşən “EMON” otelində Azərbaycan Qızıl Aypara Cəmiyyəti “Yerli icmaların fövqəladə hallar zamanı sağlamlıq üzrə dayanıqlığının gücləndirilməsi” layihəsi çərçivəsində tədbir keçirib. Tədbirdə FHN Gəncə Regional Mərkəzinin Mülki müdafiə idarəsinin əməkdaşlarının da iştirak ediblər.

Layihənin məqsədi fəlakətlərin və böhranların sağlamlığa mənfi təsirini azaltmaq,  Cənubi Qafqaz ölkələrinin yerli icmalarının dayanıqlığını gücləndirmək, o cümlədən pandemiya hazırlığı, epidemiya nəzarəti, su gigiyenası və sanitariya, kütləvi bədbəxt hadisələrə reaksiya, ilkin tibbi yardım, psixososial dəstək və s. haqqında biliklərin aşılanması olub.

Tədbirdə FHN Gəncə Regional Mərkəzinin Mülki müdafiə idarəsinin əməkdaşları “Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətləri” və “Fövqəladə hadisələr zamanı davranış qaydaları” mövzularında çıxışlar edib, sualları cavablandırıblar.  

Toplantıda, həmçinin Fövqəladə Hallar və  Səhiyyə nazirliklərinin Qızıl Xaç,  Qızıl Aypara Cəmiyyətləri ilə sıx əməkdaşlığı, habelə Qızıl Xaç və Qızıl Aypara Hərəkatı, ÜST, UNFPA, digər BMT agentlikləri, beynəlxalq QHT-lər arasındakı əlaqələndirmə mexanizmləri vasitəsilə fövqəladə vəziyyətlərdə regional və milli sağlamlığın möhkəmləndirilməsinə töhfə verilməsinə dair fikir mübadiləsi aparılıb.         

Digər məlumatlar

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirləri davam etdirir

10 dekabr 2019-cu il tarixində FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin İctimai obyektlərə nəzarət sektoru Bakı şəhəri Nəsimi rayonunda yerləşən “Caspian” otelində, Gəncə regional Dövlət Yanğın Nəzarəti İdarəsi Gəncə şəhər 2 nömrəli Peşə liseyində, Aran regional Dövlət Yanğın Nəzarəti...

Ardını oxu

FHN-in İdman-sağlamlıq mərkəzində maarifləndirmə tədbiri keçirilib

6 dekabr 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq mərkəzində məşqçi müəllim heyəti və tələbələrin valideynləri ilə birlikdə “Dövlətin idman siyasəti, idmana diqqət və qayğı, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm işlərin aparılması,  idman bölmələrinin və məşqçi müəllimlərin fəaliyyəti” mövzusunda maarifləndirmə tədbiri keçirilib. ...

Ardını oxu

Maarifləndirmə tədbirləri davam etdirilir

9 dekabr 2019-cu il tarixində FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin İctimai obyektlərə nəzarət sektoru Bakı şəhəri Qaradağ rayonunda yerləşən “Karolina” otelində, Aran regional Dövlət Yanğın Nəzarəti İdarəsi......

Ardını oxu