Geri

“İş yerlərində əməyin mühafizəsi və texniki təhlükəsizlik” mövzusunda seminar keçirilib

Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının təşəbbüsü ilə 19 noyabr 2019-cu il tarixində FHN-in Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinin Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutunda “İş yerlərində əməyin mühafizəsi və texniki təhlükəsizlik” mövzusunda seminar keçirilib. Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının təşəbbüsü ilə keçirilən maarifləndirmə xarakterli seminarda nazirliyin aparatı, qurumları və regional mərkəzlərində fəaliyyət göstərən həmkarlar ittifaqı komitələrinin sədrləri iştirakı ediblər.  

Tədbirin keçirilməsində məqsəd Fövqəladə Hallar Nazirliyinin qurumları və regional mərkəzlərinin diqqətini daha çox əməyin mühafizəsi və texniki təhlükəsizlik məsələlərinə yönəltmək olub.

Seminarda Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov, Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutunun direktoru Rüşti Səfərov və institutun əməkdaşları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov 2019-cu ildə iş yerlərinə ictimai baxışın yekunlarından danışıb, əməyin mühafizəsi sahəsində həmkarlar ittifaqının gördüyü işlər, qarşıda duran vəzifələr və planlar barədə məlumat verib.

Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutunun baş hüquq məsləhətçisi Camal Abdullayev “Əməyin mühafizəsi üzrə qanunvericiliyin əsas müddəaları”, böyük elmi işçi Etibar Yusifli “İş yerlərinin attestasiyasının keçirilməsi, onun səmərəsi və keçirilmə qaydaları”, şöbə müdiri Almas Rəhmanova “Müəssisədə əməyin mühafizəsi və təhlükəsizlik texnikası işlərinin idarə edilməsinin təşkili. Partlayış və yanğın təhlükəsizliyi”, laboratoriya müdiri Ələkbər Fiqarov “Elektrik təhlükəsizliyi və süni işıqlandırma”, elmi işçilər - Xəyal Əsgərov və Ülkər Süleymanlı müvafiq olaraq, “İstehsalatda baş verən bədbəxt hadisələr və istehsalat xəsarətalmaları, onların təhqiqi və uçota alınması” və “İşçilərin xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələri ilə təmin edilməsi. İlkin Tibbi yardım” mövzularında məruzələrlə çıxış ediblər.

Çıxışlardan sonra Azərbaycan Respublikasının əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə norma və standartları barədə suallar cavablandırılıb.

Sonda Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının sədri Mehman İsmayılov belə tədbirlərin davamlılığının vacibliyini vurğulayıb, qeyd edilən mövzular üzrə aidiyyəti şəxslərin iştirakı üzrə gələcəkdə bu tipli seminarların təşkilinin zərurliyini diqqətə çatdırıb.






Digər məlumatlar

FHN-in Akademiyasında yazıçı Elxan Elatlı ilə görüş keçirilib

5 dekabr 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin Akademiyasında Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” mükafatı laureatı, yazıçı Elxan Elatlı ilə görüş keçirilib. Görüşdə Akademiyanın əmədaşları və  kursantlar iştirak edib. ...

Ardını oxu

FHN-in Bakı Regional Mərkəzi elmi-praktik konfrans keçirib

5 dekabr 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi Milli Aviasiya Akademiyasında “Fövqəladə hallarla mübarizə: dünən, bu gün, sabah” mövzusunda elmi-praktik konfrans keçirib. ...

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir

5 dekabr 2019-cu il tarixində FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin İctimai obyektlərə nəzarət sektoru Abşeron rayon Novxanı qəsəbəsində yerləşən “Spring” otelində, Aran regional Dövlət Yanğın Nəzarəti İdarəsi Mingəçevir şəhər......

Ardını oxu