Geri

FHN Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirib

18 noyabr 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin İctimai obyektlərə nəzarət sektoru Bakı şəhəri Səbail rayonunda yerləşən “Grown” otelində, Aran Regional Dövlət Yanğın Nəzarəti İdarəsi Goranboy rayon Hazırəhmədli kənd tam orta məktəbində, Ucar rayon Qarabörk kəndində yerləşən Melioservis İdarəsində və Göyçay rayon Çərəkə kəndində sakinlərlə, Qarabağ Regional Dövlət Yanğın Nəzarəti İdarəsi Ağcabədi rayonu Hüsülü kəndində yerləşən “Pİ-Aqro” MMC-nin pambıq qəbulu məntəqəsində, Beyləqan şəhərində “LUKOİL” yanacaqdoldurma məntəqəsində, Cəbrayıl rayonundan olan məcburi köçkünlər üçün salınmış 7 saylı qəsəbədə yerləşən 7 saylı klubda, Şimal-Qərb Regional Dövlət Yanğın Nəzarəti İdarəsi Ağdaş şəhər 4 nömrəli Uşaq bağçasında, İsmayıllı şəhərində yerləşən “Röya” şadlıq sarayında, Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsi Sumqayıt şəhər Texniki Kollecində, Şimal Regional Dövlət Yanğın Nəzarəti İdarəsi isə Xudat şəhər 4 nömrəli Uşaq bağçasında  maarifləndirmə tədbirləri keçirib.

Tədbirlərdə “İnzibati binalar üçün yanğın təhlükəsizliyi qaydaları”, “Dəm qazı təhlükəsi”, “Məişətdə yanğın təhlükəsizliyi”, “112” qaynar xətti”nə nə vaxt zəng etməli?”, “Odsöndürənlərdən istifadə qaydası” mövzularında məruzələr olunub, həmçinin adıçəkilən müəssisələrdə yanğın təhlükəsizliyi qaydaları haqqında ətraflı məlumat verilib. Toplantılarda, eyni zamanda ərazinin daim təmiz vəziyyətdə saxlanılması, normativ sənədlərə uyğun ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməsi, yanğın zamanı insanların binadan köçürülməsi planlarının hazırlanmasının zəruriliyi, pilləkən qəfəslərində əlavə otaqların quraşdırılmasının yolverilməzliyi, yanğına qarşı su təchizatına-hovuzlara, kəmərlərə, çən və hidrantlara qayğı ilə yanaşılmasının vacibliyi  qeyd olunub. Həmçinin görüşlərdə ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani olaraq nümayiş etdirilib, təbliğat işində istifadə üçün “Vətəndaşların nəzərinə”, “Yanğın zamanı davranış qaydaları” mövzularında yaddaş vərəqələri və bukletlər paylanılıb.

Digər məlumatlar

FHN-in Akademiyasında yazıçı Elxan Elatlı ilə görüş keçirilib

5 dekabr 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin Akademiyasında Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” mükafatı laureatı, yazıçı Elxan Elatlı ilə görüş keçirilib. Görüşdə Akademiyanın əmədaşları və  kursantlar iştirak edib. ...

Ardını oxu

FHN-in Bakı Regional Mərkəzi elmi-praktik konfrans keçirib

5 dekabr 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi Milli Aviasiya Akademiyasında “Fövqəladə hallarla mübarizə: dünən, bu gün, sabah” mövzusunda elmi-praktik konfrans keçirib. ...

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir

5 dekabr 2019-cu il tarixində FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin İctimai obyektlərə nəzarət sektoru Abşeron rayon Novxanı qəsəbəsində yerləşən “Spring” otelində, Aran regional Dövlət Yanğın Nəzarəti İdarəsi Mingəçevir şəhər......

Ardını oxu