Geri

FHN-in Aran Regional Mərkəzi Zərdab rayonunda “dəyirmi masa” keçirib

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzinin 2019-cu tədris ili üçün Hazırlıq planına və Zərdab rayon İcra Hakimiyyətinin 2019-cu il üçün Mülki müdafiə tədbirlər planına əsasən, Zərdab rayon İcra Hakimiyyətinin iclas zalında 15 noyabr 2019-cu il tarixində “Fövqəladə halların baş verdiyi ərazilərdən əhalinin müvəqqəti olaraq köçürülməsi, maddi və mədəni sərvətlərin evakuasiya (təxliyə) edilməsi tədbirlərinin və digər təxirəsalınmaz tədbirlərin planlaşdırılması və həyata keçirilməsində Nazirliyin struktur bölmələri və müvafiq icra hakimiyyəti orqanları ilə birlikdə faliyyəti” mövzusunda “dəyirmi masa” keçirilib.

Tədbirdə Zərdab rayon İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşları, rayon Fövqəladə Hallar Komissiyasının üzvləri, rayon Mülki Müdafiə xidmətlərinin rəhbərləri, rayon üzrə şəhər, qəsəbə, kənd inzibati ərazi dairələri üzrə nümayəndəliklərin, bələdiyyələrin məsul şəxsləri iştirak ediblər.

“Dəyirmi masa”da Aran Regional Mərkəzinin Mülki müdafiə idarəsinin rəisi mayor Elşən Bəşirov, “Aran Regional Mərkəzinin fəaliyyət istiqamətləri,  fövqəladə hallar zamanı qarşılıqlı fəaliyyətin təşkilinin mövcud vəziyyəti, problemlər və onların həlli yolları”, Mərkəzin Fövqəladə halların monitorinqi və proqnozlaşdırılması  sektorunun müdiri Elçin Quliyev “Zərdab rayonu ərazsində fövqəladə hal zonlarında, əsasən Kür və Türyançay çayları boyunca yerləşmiş yaşayış məntəqələrində aparılmış monitorinq  və mövcud vəziyyət” və Mərkəzin Mülki müdafiə idarəsinin Mülki müdafiəyə hazırlıq şöbəsinin rəisi polkovnik-leytenant Xəqani Əliyev “Aran Regional Mərkəzinin İcra Hakimiyyəti orqanları ilə iş təcrübəsi-problemlər, istifadə olunmamış imkanlar, perspektivlər. Qarşılıqlı fəaliyyət, qarşıda duran vəzifələr və problemlər” mövzularında məruzələrlə çıxış ediblər.

Sonra tədbir iştirakçıları mövcud problemlərin aradan qaldırlıması, gələcəkdə baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı fəlakət riskinin qarşısının alınmasına dair müzakirələr aparıb, qarşılıqlı fəaliyyətin əlaqələndirilməsinin vacibliyini qeyd ediblər. Qarşılıqlı müzakirələr şəraitində davam etmiş “dəyirmi masa”ya yekun vuran Zərdab rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini - rayon Fövqəladə Hallar Komissiyasının sədri Rəhman Feyzullayev tədbirin əhəmiyyətindən danışıb.

Digər məlumatlar

Taxıl zəmilərində, otlaq sahələrində və meşə fondu ərazilərində yanğın təhlükəsizliyinə riayət olunmalıdır

Yanğın təhlükəsizliyinin təmin edilməsi ilə bağlı əkin sahələrində baş vermiş yanğınların qarşısının alınması məqsədilə Tərtər və Cəlilabad rayon İcra Hakimiyyətində qərərgahlar yaradılıb....

Ardını oxu

Yanğın təhlükəsizliyi müzakirə olunub

Sabirabad rayonu ərazisində dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanılması və emalı dövründə, eləcə də meşə zolaqlarında  yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə......

Ardını oxu

Əkin sahələrinin yanğın təhlükəsizliyinə dair videokonfranslar keçirilib

Taxıl və dənli bitkilərin biçin mövsümü ilə əlaqədar olaraq Yevlax və Göyçay rayonlarında əkin sahələrində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə həmin rayonların icra hakimiyyətlərində müvafiq qərargahlar yaradılıb....

Ardını oxu