Geri

Maarifləndirmə tədbirləri davam etdirilir

15 noyabr 2019-cu il tarixində FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin İctimai obyektlərə nəzarət sektoru Bakı şəhəri Nəsimi rayonunda yerləşən “Centiral Park” otelində, 2-ci ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi Nəsimi rayon 1 və 164 nömrəli tam orta məktəblərində,  Aran regional Dövlət Yanğın Nəzarəti İdarəsi Goranboy rayon Qizilhacılı qəsəbə 1 nömrəli Uşaq bağçasında,  Ucar şəhər  Heydər Əliyev Mərkəzində, Goranboy rayon Goran qəsəbə ümumi orta məktəbində,  Mingəçevir şəhər 19 nömrəli tam orta məktəbində, Göyçay şəhər 2 nömrəli tam orta məktəbində, Yevlax şəhər 9 nömrəli tam orta məktəbində, Qarabağ regional Dövlət Yanğın Nəzarəti İdarəsi Beyləqan rayon Bahar qəsəbə tam orta məktəbində, Füzuli rayon 3 saylı Qayıdış qəsəbə tam orta məktəbində​, Cənub regional Dövlət Yanğın Nəzarəti İdarəsi Lənkəran şəhər “Nağıl” Uşaq bağçasında, Şimal-Qərb regional Dövlət Yanğın Nəzarəti İdarəsi Şəki şəhər  25 saylı  uşaq bağçasında, Oğuz rayon Mədəniyyət Mərkəzində, Ağsu şəhər 1 saylı Uşaq baxçasında, Balakən şəhər 1 saylı Uşaq Bağçasında, Qəbələ şəhər Qafqaz Karvansaray Hotelində, Qax şəhər 1 saylı tam orta məktəbində, Muğan regional Dövlət Yanğın Nəzarəti İdarəsi İmişli rayon Ölçələr kənd tam orta məktəbində, Şirvan şəhər “Elvin” şadlıq sarayında, Sabirabad rayon Statistika İdarəsi və Axtaçı-Muğan kənd tam orta məktəbində, Salyan rayon “Azərçin TMİ” MMC-də, Hacıqabul şəhər 2 nömrəli tam orta məktəbində, Şimal regional Dövlət Yanğın Nəzarəti İdarəsi isə Şabran rayon Mərkəzi Xəstəxanasında, Siyazən rayon 3 nömrəli Uşaq bağçasında  maarifləndirmə tədbirləri keçirib.

Tədbirlərdə “İnzibati binalar üçün yanğın təhlükəsizliyi qaydaları”, “Dəm qazı təhlükəsi”, “Məişətdə yanğın təhlükəsizliyi”, “112” qaynar xətti”nə nə vaxt zəng etməli?”, “Odsöndürənlərdən istifadə qaydası” barədə, həmçinin adıçəkilən müəssisələrdə yanğın təhlükəsizliyi qaydaları haqqında ətraflı məlumat verilib. Toplantılarda, həmçinin ərazinin daim təmiz vəziyyətdə saxlanılması, normativ sənədlərə uyğun ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməsi, yanğın zamanı insanların binadan köçürülməsi planlarının hazırlanmasının zəruriliyi, pilləkən qəfəslərində əlavə otaqların quraşdırılmasının yolverilməzliyi, yanğına qarşı su təchizatına-hovuzlara, kəmərlərə, çən və hidrantlara qayğı ilə yanaşılmasının vacibliyi  qeyd olunub, ikin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani olaraq nümayiş etdirilib, yanğına qarşı təbliğat işində istifadə olunması üçün “Vətəndaşların nəzərinə”, “Yanğın zamanı davranış qaydaları” mövzularında yaddaş vərəqələri və bukletlər paylanılıb.

Digər məlumatlar

FHN-in Akademiyasında yazıçı Elxan Elatlı ilə görüş keçirilib

5 dekabr 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin Akademiyasında Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” mükafatı laureatı, yazıçı Elxan Elatlı ilə görüş keçirilib. Görüşdə Akademiyanın əmədaşları və  kursantlar iştirak edib. ...

Ardını oxu

FHN-in Bakı Regional Mərkəzi elmi-praktik konfrans keçirib

5 dekabr 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi Milli Aviasiya Akademiyasında “Fövqəladə hallarla mübarizə: dünən, bu gün, sabah” mövzusunda elmi-praktik konfrans keçirib. ...

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir

5 dekabr 2019-cu il tarixində FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin İctimai obyektlərə nəzarət sektoru Abşeron rayon Novxanı qəsəbəsində yerləşən “Spring” otelində, Aran regional Dövlət Yanğın Nəzarəti İdarəsi Mingəçevir şəhər......

Ardını oxu