Geri

Maarifləndirmə tədbirləri davam etdirilir

13 noyabr 2019-cu il tarixində FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin İctimai obyektlərə nəzarət sektoru Bakı şəhəri Səbail rayonunda yerləşən “Badamdar“ otelində, 1-ci ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi Qobustan rayon Cəngi kənd tam orta məktəbində, 4-cü ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi Suraxanı rayon Qaraçuxur qəsəbəsində yerləşən “İsabət” tədris mərkəzində, Xəzər rayon 234 nömrəli tam orta məktəbində, Sabunçu rayon Bakıxanov qəsəbəsi “Addım-addım” Uşaq bağçasında, Aran regional Dövlət Yanğın Nəzarəti İdarəsi Ucar rayon Statistika İdarəsində, Zərdab rayon Təzəkənd kənd ümumi orta məktəbində, Mingəçevir şəhər 2 nömrəli tam orta məktəbində, Tərtər şəhər 1 nömrəli tam orta məktəbində və Goranboy rayon Səfikürd kənd Uşaq bağçasında, Qarabağ regional Dövlət Yanğın Nəzarəti İdarəsi Bərdə rayon Lək kənd Uşaq bağçasında, Hala-Çadırlı kənd 62 nömrəli Ağdam köçkün tam orta məktəbində, Füzuli rayon Horadiz şəhər Dövlət Dram Teatrında, Muğan regional Dövlət Yanğın Nəzarəti İdarəsi Sabirabad şəhər Peşə liseyində, 3 saylı Uşaq bağçasında və 9 nömrəli tam orta məktəbində, Neftçala şəhər 1 nömrəli Uşaq bağçasında, “Azərişıq” ASC-nin Hacıqabul Elektrik Şəbəkəsində, Cənub regional Dövlət Yanğın Nəzarəti İdarəsi Lənkəran rayon Kənarmeşə kənd tam orta məktəbində, Şimal regional Dövlət Yanğın Nəzarəti İdarəsi isə Qusar şəhər 1 nömrəli tam orta məktəbində  maarifləndirmə tədbirləri keçirib.

Tədbirlərdə “İnzibati binalar üçün yanğın təhlükəsizliyi qaydaları”, “Dəm qazı təhlükəsi”, “Məişətdə yanğın təhlükəsizliyi”, “112” qaynar xətti”nə nə vaxt zəng etməli?”, “Odsöndürənlərdən istifadə qaydası” barədə, həmçinin adıçəkilən müəssisələrdə yanğın təhlükəsizliyi qaydaları haqqında ətraflı məlumat verilib. Toplantılarda, həmçinin ərazinin daim təmiz vəziyyətdə saxlanılması, normativ sənədlərə uyğun ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməsi, yanğın zamanı insanların binadan köçürülməsi planlarının hazırlanmasının zəruriliyi, pilləkan qəfəslərində əlavə otaqların quraşdırılmasının yolverilməzliyi, yanğına qarşı su təchizatına-hovuzlara, kəmərlərə, çən və hidrantlara qayğı ilə yanaşılmasının vacibliyi  qeyd olunub, ikin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani olaraq nümayiş etdirilib, yanğına qarşı təbliğat işində istifadə olunması üçün “Vətəndaşların nəzərinə”, “Yanğın zamanı davranış qaydaları” mövzularında yaddaş vərəqələri və bukletlər paylanılıb.

Digər məlumatlar

Taxıl zəmilərində, otlaq sahələrində və meşə fondu ərazilərində yanğın təhlükəsizliyinə riayət olunmalıdır

Yanğın təhlükəsizliyinin təmin edilməsi ilə bağlı əkin sahələrində baş vermiş yanğınların qarşısının alınması məqsədilə Tərtər və Cəlilabad rayon İcra Hakimiyyətində qərərgahlar yaradılıb....

Ardını oxu

Yanğın təhlükəsizliyi müzakirə olunub

Sabirabad rayonu ərazisində dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanılması və emalı dövründə, eləcə də meşə zolaqlarında  yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə......

Ardını oxu

Əkin sahələrinin yanğın təhlükəsizliyinə dair videokonfranslar keçirilib

Taxıl və dənli bitkilərin biçin mövsümü ilə əlaqədar olaraq Yevlax və Göyçay rayonlarında əkin sahələrində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə həmin rayonların icra hakimiyyətlərində müvafiq qərargahlar yaradılıb....

Ardını oxu