Geri

FHN-in regional mərkəzləri maarifləndirmə tədbirlər keçiriblər

12 noyabr 2019-cu il tarixində FHN-in Qarabağ Regional Mərkəzi Ağcabədi rayon Kəhrizli kənd tam orta məktəbində,  Gəncə Regional Mərkəzi Gəncə şəhər 4 nömrəli Uşaq Musiqi Məktəbində, Şimal-qərb Regional Mərkəzi  isə İsmayıllı rayon C. Həsənov adına Kürdmaşı kənd tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib.

Tədbirlərdə hər iki bölgədə fəaliyyət göstərən regional dövlət yanğın nəzarəti idarələrinin əməkdaşları və müvafiq rayon təhsil şöbələrinin məsul şəxsləri iştirak ediblər. Toplantı gənc nəslin təbii və texnogen mənşəli hadisələrin yaranma səbəbləri, fövqəladə hallar zamanı davranış qaydalarına dair biliklərinin təkmilləşdirilməsi məqsədilə təşkil olunub.

Tədbirdə “Dəm qazı”, “Zəlzələ”, “Sel və daşqınlar”, “Odsöndürən balonlar” və “112” qaynar xəttinə müraciət qaydaları” mövzularında çıxışlar edilib, təhsil müəssisələrinin təxliyə planlarının düzgün hazırlanmasının, yanğın və texniki təhlükəsizlik tədbirlərinə əməl edilməsinə nəzarətin artırılmasının, ehtiyat çıxış qapılarının və zirzəmilərin daim istifadəyə yararlı vəziyyətdə saxlanılmasının, ilkin yanğınsöndürmə vasitələri ilə təchiz olunmasının vacibliyi diqqətə çatdırılıb.

İştirakçılara mövzularla bağlı videoçarxlar nümayiş olunub, təhlükəsizlik qaydaları ilə bağlı hazırlanmış çap materialları paylanılıb, mövzular barədə dinləyicilərin sualları cavablandırılıb.

Digər məlumatlar

Taxıl zəmilərində, otlaq sahələrində və meşə fondu ərazilərində yanğın təhlükəsizliyinə riayət olunmalıdır

Yanğın təhlükəsizliyinin təmin edilməsi ilə bağlı əkin sahələrində baş vermiş yanğınların qarşısının alınması məqsədilə Tərtər və Cəlilabad rayon İcra Hakimiyyətində qərərgahlar yaradılıb....

Ardını oxu

Yanğın təhlükəsizliyi müzakirə olunub

Sabirabad rayonu ərazisində dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanılması və emalı dövründə, eləcə də meşə zolaqlarında  yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə......

Ardını oxu

Əkin sahələrinin yanğın təhlükəsizliyinə dair videokonfranslar keçirilib

Taxıl və dənli bitkilərin biçin mövsümü ilə əlaqədar olaraq Yevlax və Göyçay rayonlarında əkin sahələrində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə həmin rayonların icra hakimiyyətlərində müvafiq qərargahlar yaradılıb....

Ardını oxu