Geri

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirləri keçirib

12 noyabr 2019-cu il tarixində FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin İctimai obyektlərə nəzarət sektoru Bakı şəhəri Nərimanov rayonunda yerləşən “Rusel” otelində, 4-cü ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi Suraxanı rayon Şahmat məktəbində, Qarabağ regional Dövlət Yanğın Nəzarəti İdarəsi Bərdə rayon Kolayır kənd Mədəniyyət evində, Ağdam rayon Təzəkənd kəndində yerləşən 93 nömrəli köçkün tam orta məktəbində, Füzuli rayon Horadiz şəhər 84 saylı Dairə Seçki Komissiyasının inzibati binasında, Muğan regional Dövlət Yanğın Nəzarəti İdarəsi Sabirabad rayon Çığırğan kənd tam orta məktəbində, Salyan rayon Qarabağlı kəndində yerləşən “İlkin-N” Yanacaq doldurma məntəqəsində, Sumqayıt regional Dövlət Yanğın Nəzarəti İdarəsi Sumqayıt şəhər 24 nömrəli Uşaq bağçasında, Şimal regional Dövlət Yanğın Nəzarəti İdarəsi isə Quba rayon 1-ci Nügədi kənd ümumi orta məktəbində  maarifləndirmə tədbirləri keçirib.

Tədbirlərdə “İnzibati binalar üçün yanğın təhlükəsizliyi qaydaları”, “Dəm qazı təhlükəsi”, “Məişətdə yanğın təhlükəsizliyi”, “112” qaynar xətti”nə nə vaxt zəng etməli?”, “Odsöndürənlərdən istifadə qaydası” barədə, həmçinin adıçəkilən müəssisələrdə yanğın təhlükəsizliyi qaydaları haqqında ətraflı məlumat verilib. Toplantılarda, həmçinin ərazinin daim təmiz vəziyyətdə saxlanılması, normativ sənədlərə uyğun ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməsi, yanğın zamanı insanların binadan köçürülməsi planlarının hazırlanmasının zəruriliyi, pilləkən qəfəslərində əlavə otaqların quraşdırılmasının yolverilməzliyi, yanğına qarşı su təchizatına-hovuzlara, kəmərlərə, çən və hidrantlara qayğı ilə yanaşılmasının vacibliyi  qeyd olunub, ikin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani olaraq nümayiş etdirilib, yanğına qarşı təbliğat işində istifadə olunması üçün “Vətəndaşların nəzərinə”, “Yanğın zamanı davranış qaydaları” mövzularında yaddaş vərəqələri və bukletlər paylanılıb.

Digər məlumatlar

FHN-in Aran Regional Mərkəzi maarifləndirmə tədbiri keçirib

6 dekabr 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi Ucar rayon 5 nömrəli tam orta məktəbinin kollektivi ilə “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib....

Ardını oxu

Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir

6 dekabr 2019-cu il tarixində FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin 2-ci ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi Nəsimi rayon 18 nömrəli Uşaq bağçasında, Gəncə regional Dövlət Yanğın Nəzarəti İdarəsi “Aqroservis” ASC-nin Şəmkir regional ...

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətləri birgə yanğın-taktiki təlim keçirib

5 dekabr 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin İctimai Obyektlərə Nəzarət Sektoru Nərimanov rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları ilə birlikdə Bakı şəhərində keçiriləcək budo idman döyüş ...

Ardını oxu