Geri

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü və 12 noyabr - Konstitusiya Günü qeyd olunub

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında 9 noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü və 12 noyabr – Konstitusiya Günü münasibətilə bayram tədbiri keçirilib.

Dövlət himninin səsləndirilməsi ilə başlanan tədbirdə çıxış edən Akademiyanın rəisinin birinci müavini polkovnik-leytenant Qəzənfər Bağırov toplantı iştirakçılarını Dövlət Bayrağı Günü və Konstitusiya Günü münasibəti ilə təbrik edib. O, qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan üçrəngli bayrağımızın dövlət rəmzi kimi bərpası istiqamətində ilk təşəbbüs ulu öndər Heydər Əliyevin Naxçıvana rəhbərlik etdiyi dövrə təsadüf edir. 17 noyabr 1990-cı ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Ümummilli liderin sədrliyi ilə keçirilən sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının bərpası, onun Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul olunması haqqında qərar qəbul edilməsi müstəqillik tariximizin ən şanlı səhifələrindən biridir. Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən möhtərəm Prezident İlham Əliyev Azərbaycanın dövlət atributlarına həmişə xüsusi ehtiramla yanaşır. Ölkə başçısının 17 noyabr 2009-cu il tarixində Dövlət Bayrağı Gününün təsis edilməsi və Bakı şəhərində Dövlət Bayrağı Meydanının yaradılması haqqında tarixi sərəncamları buna parlaq misaldır.

Rəis müavini bildirib ki, Azərbaycan Respublikasının Konstitusiyası ulu öndər Heydər Əliyevin bilavasitə siyasi uzaqgörənliyi, dönməz iradəsi və gərgin əməyi nəticəsində mümkün olub.  12 noyabr 1995-ci ildə keçirilmiş referendum yolu ilə qəbul olunan Konstitusiya müasir dünyanın sivil dəyərlərinə və qanun yaradıcılığı təcrübəsinə, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrinə, milli və ümumbəşəri prinsiplərə söykənərək demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu üçün möhkəm təməl yaradıb. Ümummilli lider Heydər Əliyevin dövlətçilik konsepsiyasını uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən və Azərbaycan xalqının maraqlarına xidmət edən siyasət sayəsində Əsas Qanunda əksini tapmış müddəaların reallaşması nəticəsində ölkəmiz daha da qüdrətlənib, regionun aparıcı dövlətinə çevrilib.

Tədbir iştirakçılarını təbrik edən  Azərbaycan Milli Elmlər Akademiyasının Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitunun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Vasif Qafarov noyabr ayında qeyd olunan iki əlamətdar bayram - Dövlət Bayrağı Günü və Konstitusiya Gününün yaranma tarixi və əhəmiyyəti barədə ətraflı məlumat verib.

Tədbirin sonunda Akademiyanın kursantlarınn ifasında vətənpərvər ruhlu şeirlər səsləndirilib.  

Digər məlumatlar

Taxıl zəmilərində, otlaq sahələrində və meşə fondu ərazilərində yanğın təhlükəsizliyinə riayət olunmalıdır

Yanğın təhlükəsizliyinin təmin edilməsi ilə bağlı əkin sahələrində baş vermiş yanğınların qarşısının alınması məqsədilə Tərtər və Cəlilabad rayon İcra Hakimiyyətində qərərgahlar yaradılıb....

Ardını oxu

Yanğın təhlükəsizliyi müzakirə olunub

Sabirabad rayonu ərazisində dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanılması və emalı dövründə, eləcə də meşə zolaqlarında  yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə......

Ardını oxu

Əkin sahələrinin yanğın təhlükəsizliyinə dair videokonfranslar keçirilib

Taxıl və dənli bitkilərin biçin mövsümü ilə əlaqədar olaraq Yevlax və Göyçay rayonlarında əkin sahələrində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə həmin rayonların icra hakimiyyətlərində müvafiq qərargahlar yaradılıb....

Ardını oxu