Geri

FHN-in Bakı Regional Mərkəzi rayon müşavirəsi keçirib

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi 8 noyabr 2019-cu il tarixində Səbail Rayon İcra Hakimiyyətində “Mülki müdafiə sahəsində 2019-cu ilin yekunu, 2020-ci ildə qarşıda duran vəzifələr” mövzusunda metodiki toplanış, eləcə də “Yanğın təhlükəsizliyinin təmin olunmasında Fövqəladə Hallar Nazirliyi, yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının birgə fəaliyyəti” mövzusunda rayon müşavirəsi keçirib.

Tədbirin keçirilməsində məqsəd rayon ərazisində mülki müdafiə işinin mövcud vəziyyətinin təhlil edilməsi, bu sahədəki problem və çatışmazlıqların aradan qaldırılması yollarının müzakirəsi, habelə mülki müdafiə işinin təşkilinin gücləndiriməsi, fövqəladə hadisələrdən qorunma sahəsində əhalinin hazırlanması, sözügedən sahə ilə bağlı biliklərin təbliği və mülki müdafiə dəstələrinin daimi hazırlığının təmin edilməsinə diqqətin artırılması, həmçinin, payız-qış mövsümü ərəfəsində yanğından mühafizə istiqamətində profilaktik və digər qabaqlayıcı tədbirlərin görülməsi, müvafiq maarifləndirmə işlərinin təşkili, bu işlərə rayon ictimaiyyətinin səfərbər edilməsindən, mövcud problemlərin müzakirəsi və onların həlli yollarının tapılmasından ibarət olub.

Toplantıda Səbail Rayon İcra Hakimiyyətinin, yerli icra və özünüidarəetmə orqanlarının, eləcə də rayonun təsərrüfat və digər xidmətlərinin, təhsil, səhiyyə müəssisələrinin, qaz, elektrik enerjisi və su təchizatı rayon qurumlarının, mənzil-kommunal təsərrüfatı təşkilatları və digər aidiyyəti obyektlərin rəhbərləri, o cümlədən, FHN Bakı Regional Mərkəzinin, Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətlərinin nümayəndələri iştirak edib.

Müşavirəni giriş sözü ilə açan Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Vüqar Şıxəmmədov mülki müdafiə işinin təşkili, eləcə də yanğın təhlükəsizliyinin təmin olunması istiqamətində təşkil olunan tədbirlərin əhəmiyyətini və bu sahədə mövcud olan problemlərin aradan qaldırılmasının vacib olduğunu vurğulayıb.

Tədbirdə “Rayonda mülki müdafiə işinin təşkili sahəsində görülmüş işlər və 2019-cu ildə qarşıda duran vəzifələr”, “Rayonda xəbərdarlıq sistemlərinin vəziyyəti”, “Rayonda mühəndis mühafizəsinin vəziyyəti” və “Rayonda kimyəvi mühafizənin vəziyyəti” mövzularında çıxışlar edilib və çıxışlar zamanı rayon ərazisində yerləşən müxtəlif obyektlərin balansında olan xəbərdarlıq sistemləri, kollektiv mühafizə qurğuları və fərdi mühafizə vasitələrinin vəziyyəti, bu sahədə mövcud olan çatışmazlıqlar və onların həlli ilə bağlı məsələlər tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Toplanış zamanı rayonun Mənzil-Kommunal Təsərrüfatı Birliyi və digər aidiyyəti obyekt rəhbərləri tərəfindən mülki müdafiənin təşkili ilə bağlı problemlərin həlli istiqamətində həyata keçirilməsi nəzərdə tutulmuş işlər barədə məlumat verilib.  

Payız-qış mövsümü ərəfəsində yanğından mühafizə istiqamətində profilaktik və digər qabaqlayıcı tədbirlərin müzakirə olunduğu müşavirədə FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin və Yasamal rayon Dövlət Yanğından Mühafizə Hissəsinin nümayəndələri müvafiq olaraq “Yaşayış massivlərində yanğınların baş vermə səbəbləri: potensial təhlükələr və onların aradan qaldırılma yolları” və “Yanğınların söndürülməsi prosesində qarşıya çıxan problemlər və onların həlli yolları” mövzularında çıxışlar ediblər. Çıxışlar zamanı Bakı şəhərində 2018 və 2019-cu illərin 9 ayı ərzində baş vermiş yanğın və dəm qazı zəhərlənmələrinin müqayisəli statistikası, eləcə də yanğınların baş vermə səbəbləri barədə məlumat verilib, onlardan qorunma yolları barədə praktik tövsiyələr səsləndirilib.

Rayonun Enerji Təchizatı və Satışı İdarəsinin, Bakı Regional Qaz İstismarı Departamentinin Mərkəzi Texniki İstismar Xidmətinin, Mənzil Kommunal Təsərrüfat Birliyinin, Rayon Polis İdarəsinin, Təcili və təxirəsalınmaz yardım stansiyasının əməkdaşları müvafiq olaraq “Rayonda enerji təchizatının mövcud vəziyyəti, problemlər və həlli yolları”, “Rayonda qaz təsərrüfatının mövcud  vəziyyəti, problemlər və həlli yolları”, “Yaşayış binalarında yanğın təhlükəsizliyinin vəziyyəti”, “Baş vermiş fövqəladə hadisələr zamanı ictimai asayişin təşkili”  və “Yanğın zamanı ilkin tibbi yardım” mövzularında çıxışlar ediblər.  

Müşavirədə məişətdə yanğın təhlükəsizliyi, dəm qazı və odsöndürən balondan istifadə qaydaları ilə bağlı videoçarxlar nümayiş olunub, suallar cavablandırılıb.

Sonda tədbirlərə səslənən və rayonda mülki müdafiə və yanğın təhlükəsizliyi sahəsində mövcud olan çatışmazlıqların aradan qaldırıması üçün aidiyyəti xidmət və obyekt rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Digər məlumatlar

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbiri keçirib

16 dekabr 2019-cu il tarixində Dövlət Yanğın Nəzarəti Xidməti Bakı Regional Mərkəzinin əməkdaşları ilə birgə Səbail rayonunda yerləşən Azərbaycan Maliyyə-İqtisad Kollecində maarifləndirmə tədbiri keçirib. ...

Ardını oxu

FHN-in Aran Regional Mərkəzi maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi 13 dekabr 2019-cu il tarixində Göyçay şəhər 5 nömrəli tam orta məktəbinin kollektivi ilə “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib. ...

Ardını oxu

Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının üzvləri Heydər Əliyev Mərkəzini ziyarət ediblər

12-13 dekabr 2019-cu il tarixlərində Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə ititifaq üzvü olan, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətində və Xüsusi Riskli Xilasetmə Xidmətində çalışan bir qrup fəal əməkdaş Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsini yad etmək məqsədilə Heydər Əliyev Mərkəzində......

Ardını oxu