Geri

“Köpük verməklə ən yaxşı manqa” adı uğrunda baxış-müsabiqə keçirilib

8 noyabr 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti FHN işçilərinin Həmkarlar İttifaqının dəstəyi ilə “Köpük verməklə ən yaxşı manqa” adı uğrunda baxış-müsabiqə keçirib.

Yanğından mühafizə qurumlarının əməliyyat-xidməti fəaliyyətində, həmçinin, neft, qaz və kimya sənayesi obyektlərində baş verə biləcək fövqəladə hadisələrin çevik və peşəkarlıqla qarşısının alınması və yanğınların söndürülməsinin təşkili və taktikası üzrə düzgün qərarların qəbul olunmasında manqaların peşə hazırlığının yüksəldilməsi, əməkdaşların taktiki hazırlığının, onların xüsusi biliklərinin, metodiki vərdişlərinin təkmilləşdirilməsi məqsədi ilə keçirilən müsabiqədə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Obyektlərinin Mühafizəsi üzrə Yanğından Mühafizə İdarəsinin tabeliyində olan 10,  Neftayırma Müəssisələrinin üzrə Yanğından Mühafizə Dəstəsinin 5 və Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin 3 yanğından mühafizə hissəsinin komandası iştirak edib. 

18 komandadan 126 nəfər yanğınsöndürən təmsil olunduğu müsabiqədə əməkdaşların döyüş hazırlığının tərkib hissəsi olan yanğın-xilasetmə hazırlığının inkişafı, eləcə də ekstremal şəraitdə şəxsi heyətin öz xidməti vəzifələrini yerinə yetirərkən onlara peşə vərdişlərinin aşılanması və dözümlüyünün artırılması, şəxsi heyətin taktiki hazırlığının səviyyəsinin yüksəldilməsi diqqət mərkəzində olub.

“Köpük verməklə ən yaxşı manqa” adı uğrunda keçən baxış-müsabiqədə birinci yerə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Obyektlərinin Mühafizəsi üzrə Yanğından Mühafizə İdarəsinin 54 nömrəli Yanğından Mühafizə Hissəsi, ikinci yerə Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin 21 nömrəli Yanğından Mühafizə Hissəsi, üçüncü yerə isə  Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Obyektlərinin Mühafizəsi üzrə Yanğından Mühafizə İdarəsinin 56 nömrəli Yanğından Mühafizə Hissəsi layiq görülüb.

Baxış-müsabiqənin qalibləri FHN işçilərinin Həmkarlar İttifaqı və Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən mükafatlandırılıb.

Digər məlumatlar

FHN-in Akademiyasında yazıçı Elxan Elatlı ilə görüş keçirilib

5 dekabr 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin Akademiyasında Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” mükafatı laureatı, yazıçı Elxan Elatlı ilə görüş keçirilib. Görüşdə Akademiyanın əmədaşları və  kursantlar iştirak edib. ...

Ardını oxu

FHN-in Bakı Regional Mərkəzi elmi-praktik konfrans keçirib

5 dekabr 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi Milli Aviasiya Akademiyasında “Fövqəladə hallarla mübarizə: dünən, bu gün, sabah” mövzusunda elmi-praktik konfrans keçirib. ...

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir

5 dekabr 2019-cu il tarixində FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin İctimai obyektlərə nəzarət sektoru Abşeron rayon Novxanı qəsəbəsində yerləşən “Spring” otelində, Aran regional Dövlət Yanğın Nəzarəti İdarəsi Mingəçevir şəhər......

Ardını oxu