Geri

FHN-in Regional Mərkəzləri maarifləndirmə tədbirləri keçirib

Fövqəladə Hallar Nazirliyinin Muğan Regional Mərkəzi Salyan rayon Quyçu kənd tam orta məktəbində, Şimal-qərb Regional Mərkəzi Balakən rayonu Xalatala kənd tam orta məktəbində, Sumqayıt Regional Mərkəzi Qubadlı rayonu İsmət Qayıbov adına Saray kənd tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbirləri keçirib.

Tədbirlərin keçirilməsində məqsəd məktəblilərə həyat fəaliyyəti təhlükəsizliyinə dair biliklərin aşılanması olmuşdur.

Toplantılarda fövqəladə hal anlayışı, təbii fəlakətlər, sel, daşqın, zəlzələ, yanğın təhlükəsizliyi, su hövzələrində insanların təhlükəsizliyi, dəm qazından zəhərlənmənin profilaktikası və  “112” qaynar xətti” ilə bağlı çıxışlar edilib, sualları cavablandırılıb. Həmçinin, mövzulara dair fotoslaydlar və videoçarxlar nümayiş olunub.

Digər məlumatlar

Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının onlayn iclası keçirilib

22 may 2020-ci il tarixində FHN işçilərinin Həmkarlar İttifaqı FHN-in aparatı, regional mərkəzləri və qurumlarında fəaliyyət göstərən həmkarlar ittifaqı komitəsi sədrlərinin iştirakı ilə onlayn iclas keçirib.  ...

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti Şabran rayonunda regional müşavirə keçirib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti 20 may 2020-ci il tarixində Şabran şəhərində cari ilin ötən dövrü ərzində şimal regionu üzrə baş vermiş yanğınlarla bağlı əməliyyat şəraitinin vəziyyətinin, görülmüş işlər və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş müşavirə keçirib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi tərəfindən qanvermə aksiyası keçirilib

Heydər Əliyev Fondunun çağırışına və təşəbbüsünə dəstək olaraq Fövqəladə Hallar Nazirliyinin regionlarda yerləşən strukturları da könüllü qanvermə aksiyasına qoşulur. ...

Ardını oxu