Geri

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirləri keçirib

FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Gəncə Dövlət Yanğın Nəzarəti İdarəsi 9 oktyabr 2019-cu il tarixində Gəncə şəhər 34 saylı tam orta məktəbdə, Göygöl şəhər 5 saylı tam orta məktəbdə, 1-ci ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi Qaradağ rayon ərazisində yerləşən Laçın rayon İmanlar kənd tam orta məktəbdə, İctimai obyektlərə nəzarət sektoru Bakı şəhər “İrşad” oteldə, Aran regional Dövlət Yanğın Nəzarəti İdarəsi Göyçay şəhər 1 saylı tam orta məktəbdə, Mingəçevir şəhər 2 saylı tam orta məktəbdə, Ucar şəhər 5 saylı, Yevlax şəhər 1 saylı tam orta məktəblərdə, Goranboy rayon Sarov kənd Mədəniyyət evində, Şimal regional Dövlət Yanğın Nəzarəti İdarəsi Quba rayon Diaqnostika Mərkəzində, Cənub regional Dövlət Yanğın Nəzarəti İdarəsi Cəlilabad şəhər 5 saylı ümumi orta məktəbdə, Muğan regional Dövlət Yanğın Nəzarəti İdarəsi Biləsuvar Rayon İcra Hakimiyyətində, Salyan rayon Şorsulu kənd Rayonlararası Psixiatriya Xəstəxanasında, Salyan rayon Qarabağlı-2 kənd tam orta məktəbdə, Qarabağ regional Dövlət Yanğın Nəzarəti İdarəsi Bərdə rayon Müalicə-Diaqnostika Mərkəzi və Böyük Göyüşlü kənd tam orta məktəbdə, Ağdam rayon 14 saylı texniki fənlər təmayüllü liseydə, Füzulu rayon Yağlıvənd və Şükürbəyli kənd tam orta məktəblərdə, Beyləqan şəhər Gigiyena və Epidemiologiya Mərkəzində, 3-cü ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi Nizami rayon 227 saylı tam orta məktəbdə, Sumqayıt regional Dövlət Yanğın Nəzarəti İdarəsi Sumqayıt şəhər 8 saylı tam orta məktəbdə və 58 saylı Uşaq bağçasında yanğın təhlükəsizliyi sahəsində maarifləndirmə tədbirləri keçirib.

Tədbirlərdə “İnzibati binalar üçün yanğın təhlükəsizliyi qaydaları”, “Dəm qazı təhlükəsi”, “Məişətdə yanğın təhlükəsizliyi”, “112” qaynar xətti”nə nə vaxt zəng etməli?”, “Odsöndürənlərdən istifadə qaydası” barədə, həmçinin adıçəkilən müəssisələrdə yanğın təhlükəsizliyi qaydaları haqqında ətraflı məlumat verilib. Toplantılarda, həmçinin ərazinin daim təmiz vəziyyətdə saxlanılması, normativ sənədlərə uyğun ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməsi, yanğın zamanı insanların binadan köçürülməsi planlarının, pilləkan qəfəslərində əlavə otaqların quraşdırılmasının yolverilməzliyi, yanğına qarşı su təchizatına - hovuzlara, kəmərlərə, çən və hidrantlara qayğı ilə yanaşılmasının vacibliyi  qeyd olunub, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani olaraq nümayiş etdirilib, yanğına qarşı təbliğat işində istifadə olunması üçün “Vətəndaşların nəzərinə”, “Yanğın zamanı davranış qaydaları” mövzularında yaddaş vərəqələri və bukletlər paylanılıb.

Digər məlumatlar

FHN-in Aran Regional Mərkəzi maarifləndirmə tədbiri keçirib

6 dekabr 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi Ucar rayon 5 nömrəli tam orta məktəbinin kollektivi ilə “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib....

Ardını oxu

Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir

6 dekabr 2019-cu il tarixində FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin 2-ci ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi Nəsimi rayon 18 nömrəli Uşaq bağçasında, Gəncə regional Dövlət Yanğın Nəzarəti İdarəsi “Aqroservis” ASC-nin Şəmkir regional ...

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətləri birgə yanğın-taktiki təlim keçirib

5 dekabr 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin İctimai Obyektlərə Nəzarət Sektoru Nərimanov rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları ilə birlikdə Bakı şəhərində keçiriləcək budo idman döyüş ...

Ardını oxu