Geri

FHN-in Qarabağ Regional Mərkəzi maarifləndirmə tədbiri keçirib

FHN-in Qarabağ Regional Mərkəzi 8 oktyabr 2019-cu il tarixində Ağcabədi rayonunun Taxta Körpü ərazisində yerləşən Laçın rayonu Ərdəşəvi kənd tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib.

Tədbirdə FHN-in Qarabağ Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin və Laçın rayon Təhsil Şöbəsinin əməkdaşları, məktəbin kollektivi iştirak edib. Görüşün keçirilməsində məqsəd  məktəb kollektivinə fövqəladə hallar zamanı davranış qaydalarına dair biliklərin aşılanmasından ibarət olub.

Tədbirdə “Dəm qazı”, “Zəlzələ”, “Sel və daşqınlar”, “Meşə yanğınları”, “Odsöndürən balonlar” və “112” qaynar xətti”nə müraciət qaydaları” mövzularında çıxışlar edilib, təhsil müəssisələrinin təxliyyə planlarının düzgün hazırlanmasının, yanğın və texniki təhlükəsizlik tədbirlərinə əməl olunmasına  nəzarətin artırılmasının, ehtiyat çıxış qapılarının və zirzəmilərin daim istifadəyə yararlı vəziyyətdə saxlanılmasının vacibliyi vurğulanıb. Həmçinin məktəblərin ilkin yanğınsöndürmə vasitələri ilə təchiz olunmasının zəruriliyi də diqqətə çatdırılıb.

Toplantıda mövzularla bağlı videoçarxlar nümayiş olunub, təhlükəsizlik qaydaları ilə bağlı hazırlanmış çap materialları paylanıb, suallar cavablandırılıb.

Digər məlumatlar

Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının onlayn iclası keçirilib

22 may 2020-ci il tarixində FHN işçilərinin Həmkarlar İttifaqı FHN-in aparatı, regional mərkəzləri və qurumlarında fəaliyyət göstərən həmkarlar ittifaqı komitəsi sədrlərinin iştirakı ilə onlayn iclas keçirib.  ...

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti Şabran rayonunda regional müşavirə keçirib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti 20 may 2020-ci il tarixində Şabran şəhərində cari ilin ötən dövrü ərzində şimal regionu üzrə baş vermiş yanğınlarla bağlı əməliyyat şəraitinin vəziyyətinin, görülmüş işlər və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş müşavirə keçirib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi tərəfindən qanvermə aksiyası keçirilib

Heydər Əliyev Fondunun çağırışına və təşəbbüsünə dəstək olaraq Fövqəladə Hallar Nazirliyinin regionlarda yerləşən strukturları da könüllü qanvermə aksiyasına qoşulur. ...

Ardını oxu