Geri

Maarifləndirmə tədbirləri davam edir

FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin 4-cü ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi 8 oktyabr 2019-cu il tarixində Sabunçu rayon 230 saylı Körpələr evində, Xəzər rayon 285 saylı Körpələr evi və Binə qəsəbəsi plastik sexində, İctimai obyektlərə nəzarət sektoru Bakı şəhər “Dubai İnternational” hotelində, Aran regional Dövlət Yanğın Nəzarəti İdarəsi Göyçay  rayon Xəlilli kənd Uşaq bağçasında, Cənub regional Dövlət Yanğın Nəzarəti İdarəsi Cəlilabad şəhər 5 saylı ümumi orta məktəbdə, Muğan regional Dövlət Yanğın Nəzarəti İdarəsi Hacıqabul rayonu ərazisində bir neçə təhsil müəssisəsinin 10 və 11-ci sinif şagirdləri ilə Dövlət Yanğından Mühafizə Hissəsində, Bilasuvar rayon Qeydiyyat Şöbəsində, Qarabağ regional Dövlət Yanğın Nəzarəti İdarəsi Bərdə rayon Əmirli kənd tam orta məktəb və “P AQRO” MMC-nin Bərdə filialında, Füzuli rayon Qazaxlar kənd tam orta məktəb və Qarabağ kənd Uşaq bağçasında, Beyləqan rayonu ərazisində yerləşən Xocavənd rayon 4 saylı tam orta məktəb və 6 saylı ümumi orta məktəbdə, Ağdam rayon Uşaq və Ailələrə Dəstək Mərkəzində, 3-cü ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi Xətai rayon 5 saylı Peşə Liseyində yanğın təhlükəsizliyi sahəsində maarifləndirmə tədbirləri keçirib.

Tədbirlərdə “İnzibati binalar üçün yanğın təhlükəsizliyi qaydaları”, “Dəm qazı təhlükəsi”, “Məişətdə yanğın təhlükəsizliyi”, “112” qaynar xətti”nə nə vaxt zəng etməli?”, “Odsöndürənlərdən istifadə qaydası” barədə, həmçinin adıçəkilən müəssisələrdə yanğın təhlükəsizliyi qaydaları haqqında ətraflı məlumat verilib. Toplantılarda, həmçinin ərazinin daim təmiz vəziyyətdə saxlanılması, normativ sənədlərə uyğun ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməsi, yanğın zamanı insanların binadan köçürülməsi planlarının, pilləkan qəfəslərində əlavə otaqların quraşdırılmasının yolverilməzliyi, yanğına qarşı su təchizatına - hovuzlara, kəmərlərə, çən və hidrantlara qayğı ilə yanaşılmasının vacibliyi  qeyd olunub, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani olaraq nümayiş etdirilib, yanğına qarşı təbliğat işində istifadə olunması üçün “Vətəndaşların nəzərinə”, “Yanğın zamanı davranış qaydaları” mövzularında yaddaş vərəqələri və bukletlər paylanılıb.

Digər məlumatlar

FHN-in Gəncə Regional Mərkəzi mülki müdafiə məşqi keçirib

FHN-in Gəncə Regional Mərkəzi 18 oktyabr 2019-cu il tarixində F. Əmirov adına Gəncə Dövlət Filarmoniyasında rəhbər heyətin mülki müdafiə məşqini keçirib. “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı Mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda keçirilən məşqdə müəssisənin rəhbərləri, Mülki müdafiə qərargahı, Mülki müdafiə qüvvələrinin......

Ardını oxu

FHN-in Aran Regional Mərkəzi maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi 18 oktyabr 2019-cu il tarixində FHN-in regionda fəaliyyət göstərən digər qurumları ilə birgə Mingəçevir şəhər 4 nömrəli tam orta məktəbinin kollektivi ilə “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib. Tədbir müəllim və şagirdlərin fövqəladə hallarla bağlı davranış qaydaları......

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin regional mərkəzləri və qurumlarında Azərbaycanın müstəqilliyinin bərpasının 28 illiyi münasibətilə tədbirlər keçirilib

18 oktyabr 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin regional mərkəzləri və qurumlarında Azərbaycanın müstəqilliyinin bərpasının 28 illiyi münasibətilə tədbirlər keçirilib. ...

Ardını oxu