Geri

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir

FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin İctimai obyektlərə nəzarət sektoru 4 oktyabr  2019-cu il tarixində Bakı şəhərində yerləşən “Holiday İnn Hotel” və “Ramada Baku Hotel”-də, 2-ci ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi Yasamal rayon 1 nömrəli Bakı Tibb Kollecində,  Aran Regional Dövlət Yanğın Nəzarəti İdarəsi Yevlax rayon Tanrıqulular kənd orta məktəbində, 4-cü ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi Suraxanı rayon 280 nömrəli məktəbində və Sabunçu rayon 22 saylı Uşaq Poliklinikasında, Şimal-Qərb Regional Dövlət Yanğın Nəzarəti İdarəsi Şəki şəhər “Buta” uşaq bağcasında, Muğan Regional Dövlət Yanğın Nəzarəti İdarəsi Hacıqabul rayon Abdulabad kənd tam orta məktəbində, Biləsuvar rayon H.Əliyev Mərkəzi, 193 saylı Uşaq bağcası və Yanacaq Doldurma Məntəqəsində, 3-cü ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi Bakı şəhər 7 saylı Uşaq İnfeksion Xəstəxanasında, Qarabağ regional Dövlət Yanğın Nəzarəti İdarəsi Bərdə rayon Kətəlparaq, Şahvəlilər və Çələbilər kənd tam orta məktəblərində, Bərdə rayon Mərkəzi Xəstəxanasında, “MKT İKF” MMC-nin Pambıq qəbulu məntəqəsində, “MKT İKF” MMC-nin Ağdam filialında, Füzuli rayon Kərimbəyli və Əhmədalılar kənd tam orta məktəblərində, Horadiz şəhər Pambıq qəbulu məntəqəsində, Biləsuvar rayonu ərazisində yerləşən məcburi köçkünlər üçün Böyük Mərcanlı kənd tam orta məktəbində, 1-ci ərazi  Dövlət Yanğın Nəzarəti İdarəsi Qaradağ rayon 20 saylı Uşaq bağcasında yanğın təhlükəsizliyi sahəsində maarifləndirmə tədbirləri keçirib.

Tədbirlərdə “İnzibati binalar üçün yanğın təhlükəsizliyi qaydaları”, “Dəm qazı təhlükəsi”, “Məişətdə yanğın təhlükəsizliyi”, “112 qaynar xətti”nə nə vaxt zəng etməli?”, “Odsöndürənlərdən istifadə qaydası” barədə, həmçinin adıçəkilən müəssisələrdə yanğın təhlükəsizliyi qaydaları haqqında ətraflı məlumat verilib. Toplantılarda, eyni zamanda ərazinin daim təmiz vəziyyətdə saxlanılması, normativ sənədlərə uyğun ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməsi, yanğın zamanı insanların binadan köçürülməsi planlarının vacibliyi, pilləkən qəfəslərində əlavə otaqların quraşdırılmasının yolverilməzliyi, diqqətə çatdırılıb. Həmçinin yanğına qarşı su təchizatına - hovuzlara, kəmərlərə, çən və hidrantlara qayğı ilə yanaşılmasının zəruriliyi  qeyd edilib, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani nümayiş etdirilib, yanğına qarşı təbliğat işində istifadə olunması üçün “Vətəndaşların nəzərinə”, “Yanğın zamanı davranış qaydaları” mövzularında yaddaş vərəqələri və bukletlər paylanılıb.

Digər məlumatlar

FHN-in Gəncə Regional Mərkəzi mülki müdafiə məşqi keçirib

FHN-in Gəncə Regional Mərkəzi 18 oktyabr 2019-cu il tarixində F. Əmirov adına Gəncə Dövlət Filarmoniyasında rəhbər heyətin mülki müdafiə məşqini keçirib. “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı Mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda keçirilən məşqdə müəssisənin rəhbərləri, Mülki müdafiə qərargahı, Mülki müdafiə qüvvələrinin......

Ardını oxu

FHN-in Aran Regional Mərkəzi maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi 18 oktyabr 2019-cu il tarixində FHN-in regionda fəaliyyət göstərən digər qurumları ilə birgə Mingəçevir şəhər 4 nömrəli tam orta məktəbinin kollektivi ilə “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib. Tədbir müəllim və şagirdlərin fövqəladə hallarla bağlı davranış qaydaları......

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin regional mərkəzləri və qurumlarında Azərbaycanın müstəqilliyinin bərpasının 28 illiyi münasibətilə tədbirlər keçirilib

18 oktyabr 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin regional mərkəzləri və qurumlarında Azərbaycanın müstəqilliyinin bərpasının 28 illiyi münasibətilə tədbirlər keçirilib. ...

Ardını oxu