Geri

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında Beynəlxalq Müəllimlər Günü qeyd olunub

4 oktyabr 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin Akademiyasında Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir kecirilib. Tədbirdə Akademiyanın rəisi general-mayor Baba Salayev ali təhsil ocağının müəllim heyətini Beynəlxalq Müəllimlər Günü münasibətilə ilə təbrik edib. O, bildirib ki, müəllimlər dünyada ən çətin, eyni zamanda ən şərəfli peşə olmaqla, gənc nəslin tərbiyəsində, onların dünyaya baxışın formalaşmasında böyük rola malikdirlər. Müəllim adı hər zaman ucalıq, ziyalılıq və mənəvi saflıq rəmzi kimi təcəssüm olunur, böyük hörmətlə və yüksək ehtiramla çəkilir. Müəllim peşəsini yüksək qiymətləndirən Ümummilli liderimiz Heydər Əliyevin “Həyatını müəllimliyə həsr edən insanlar həqiqətən fədakar, xalqına, millətinə sədaqətli və eyni zamanda qəhramanlıq göstərən insanlardır” kəlamını xatırladan natiq Dahi rəhbərin respublikamıza rəhbərlik etdiyi bütün dövrlərdə müəllim əməyinə çox yüksək qiymət verdiyini diqqətə çatdırıb.

Akademiyanın rəisi bildirib ki, Ulu öndərin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də milli təhsilin inkişafına, müəllimlərin sosial rifah ahlının yaxşılaşdırılmasına xüsusi diqqət və qayğı ilə yanaşır. Ölkəmizdə aparılan yenidənqurma işləri iqtisadi, mədəni və sosial sahələrdə aparılan islahatlar təhsilin inkişafına da öz təsirini göstərir.

Tədbirdə Bakı Musiqi Akademiyasının tələbələrinin ifasında müxtəlif musiqilər səsləndirilib, rəqs nömrələri göstərilib, şeirlər oxunub.

Digər məlumatlar

FHN-in Gəncə Regional Mərkəzi mülki müdafiə məşqi keçirib

FHN-in Gəncə Regional Mərkəzi 18 oktyabr 2019-cu il tarixində F. Əmirov adına Gəncə Dövlət Filarmoniyasında rəhbər heyətin mülki müdafiə məşqini keçirib. “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı Mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda keçirilən məşqdə müəssisənin rəhbərləri, Mülki müdafiə qərargahı, Mülki müdafiə qüvvələrinin......

Ardını oxu

FHN-in Aran Regional Mərkəzi maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi 18 oktyabr 2019-cu il tarixində FHN-in regionda fəaliyyət göstərən digər qurumları ilə birgə Mingəçevir şəhər 4 nömrəli tam orta məktəbinin kollektivi ilə “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib. Tədbir müəllim və şagirdlərin fövqəladə hallarla bağlı davranış qaydaları......

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin regional mərkəzləri və qurumlarında Azərbaycanın müstəqilliyinin bərpasının 28 illiyi münasibətilə tədbirlər keçirilib

18 oktyabr 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin regional mərkəzləri və qurumlarında Azərbaycanın müstəqilliyinin bərpasının 28 illiyi münasibətilə tədbirlər keçirilib. ...

Ardını oxu