Geri

FHN-in psixoloqları Ukraynanın Milli Mülki Mühafizə Universitetində sosial-psixoloji treninqdə iştirak ediblər

22-24 oktyabr 2019-cu il tarixlərində FHN-in Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş idarəsinin Tibbi və psixoloji yardımın təşkili şöbəsinin rəisi tibb xidməti mayoru Xanım Sofiyevanın rəhbərliyi ilə nazirliyin psixoloqları - baş məsləhətçi Sona Məmmədova, leytenant Davud Sultanov, leytenant İlqar Abbasov Ukraynanın Milli Mülki Mühafizə Universitetinin Psixo-təlim texnologiyalarının tətbiqi Mərkəzində Ektremal və krizis psixologiyası üzrə elmi-tədqiqat laboratoriyasının əməkdaşları tərəfindən keçirilən “Self-Team-Others”: fövqəladə hallar zamanı xilasedicilərin psixoloji hazırlığı” mövzusunda sosial-psixoloji treninqdə iştirak ediblər. Tədbir Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və Ukrayna Fövqəladə Hallar Nazirliyi arasında fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında hökumətlərarası Sazişin həyata keçirilməsi istiqamətində Ukraynanın Milli Mülki Mühafizə Universitetinin müraciəti əsasında reallaşdırılıb.

Treninq zamanı psixoloqlar tərəfindən professional stressin minimizasiyası, müxtəlif mənşəli fövqəladə hallar şəraitində adaptasiyanın ekspress-metodları işlənilib, hadisə yerlərindən videoçəkilişlərə baxılıb, psixoloji dözümlülüyün və stressədavamlılığın yüksəldilməsi üzrə praktik məşğələlər keçirilib.

Sonda nazirliyin psixoloqlarına müvafiq sertifikatlar təqdim olunub.

Digər məlumatlar

FHN-in Qarabağ Regional Mərkəzi maarifləndirmə tədbiri keçirib

FHN Qarabağ Regional Mərkəzi 24 yanvar 2020-ci il tarixində Ağdam rayon Ayaq Qərvənd kənd tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib....

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti regionlarda maarifləndirmə tədbirləri keçirib

24 yanvar 2020-ci il tarixində FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Muğan regional Dövlət Yanğın Nəzarəti İdarəsi Hacıqabul rayon Muğan qəsəbə tam orta məktəbində, Neftçala şəhər 4 nömrəli...

Ardını oxu

FHN-in Beynəlxalq Axtarış-xilasetmə Dəstəsi taktiki-xüsusi təlim keçirib

23-24 yanvar 2020-ci il tarixlərində Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin şəxsi heyətinin iştirakı ilə taktiki-xüsusi təlim keçirilib. ...

Ardını oxu