Geri

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir

FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin İctimai obyektlərə nəzarət sektoru 3  oktyabr  2019-cu il tarixində Bakı şəhərində yerləşən “Teatro Rums” otelində, Cənub regional Dövlət Yanğın Nəzarəti İdarəsi Astara rayon Mərkəzi Mədəniyyət evində,  Aran regional Dövlət Yanğın Nəzarəti İdarəsi Mingəçevir şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzi və 8 saylı Uşaq bağcasında, Goranboy rayon Səfikürd kənd orta məktəbi və Düzqışlaq kənd Uşaq bağcasında, 4-cü ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi Suraxanı rayon “Master Scholl” tədris mərkəzi və Xəzər rayon 33 saylı tam orta məktəbdə, Şimal  regional Dövlət Yanğın Nəzarəti İdarəsi Şabran şəhər “Səba” ASC-də, Muğan regional Dövlət Yanğın Nəzarəti İdarəsi Salyan rayon Parça Xalac kənd tam orta məktəbdə və Salyan regional Qaz İstismar İdarəsinin Saatlı Xidməti sahəsində, 2-ci ərazi  Dövlət Yanğın Nəzarəti İdarəsi Səbail rayon 25 saylı Uşaq bağcasında, 3-cü ərazi ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi Nizami rayon 201 saylı tam orta məktəbdə, Qarabağ regional Dövlət Yanğın Nəzarəti İdarəsi Ağcəbədi rayon Hüsülü və Rəncbərlər kənd tam orta məktəblərində, Beylaqan şəhər 1 saylı Uşaq bağcasında yanğın təhlükəsizliyi sahəsində maarifləndirmə tədbirləri keçirib.

Tədbirlərdə “İnzibati binalar üçün yanğın təhlükəsizliyi qaydaları”, “Dəm qazı təhlükəsi”, “Məişətdə yanğın təhlükəsizliyi”, “112” qaynar xətti”nə nə vaxt zəng etməli?”, “Odsöndürənlərdən istifadə qaydası” barədə, həmçinin adıçəkilən müəssisələrdə yanğın təhlükəsizliyi qaydaları haqqında ətraflı məlumat verilib. Toplantılarda, həmçinin ərazinin daim təmiz vəziyyətdə saxlanılması, normativ sənədlərə uyğun ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməsi, yanğın zamanı insanların binadan köçürülməsi planlarının, pilləkan qəfəslərində əlavə otaqların quraşdırılmasının yolverilməzliyi, yanğına qarşı su təchizatına - hovuzlara, kəmərlərə, çən və hidrantlara qayğı ilə yanaşılmasının vacibliyi  qeyd olunub, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani olaraq nümayiş etdirilib, yanğına qarşı təbliğat işində istifadə olunması üçün “Vətəndaşların nəzərinə”, “Yanğın zamanı davranış qaydaları” mövzularında yaddaş vərəqələri və bukletlər paylanılıb.

Digər məlumatlar

Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının onlayn iclası keçirilib

22 may 2020-ci il tarixində FHN işçilərinin Həmkarlar İttifaqı FHN-in aparatı, regional mərkəzləri və qurumlarında fəaliyyət göstərən həmkarlar ittifaqı komitəsi sədrlərinin iştirakı ilə onlayn iclas keçirib.  ...

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti Şabran rayonunda regional müşavirə keçirib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti 20 may 2020-ci il tarixində Şabran şəhərində cari ilin ötən dövrü ərzində şimal regionu üzrə baş vermiş yanğınlarla bağlı əməliyyat şəraitinin vəziyyətinin, görülmüş işlər və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş müşavirə keçirib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi tərəfindən qanvermə aksiyası keçirilib

Heydər Əliyev Fondunun çağırışına və təşəbbüsünə dəstək olaraq Fövqəladə Hallar Nazirliyinin regionlarda yerləşən strukturları da könüllü qanvermə aksiyasına qoşulur. ...

Ardını oxu