Geri

FHN-in Aran Regional Mərkəzi maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi 18 oktyabr 2019-cu il tarixində FHN-in regionda fəaliyyət göstərən digər qurumları ilə birgə Mingəçevir şəhər 4 nömrəli tam orta məktəbinin kollektivi ilə “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib. Tədbir müəllim və şagirdlərin fövqəladə hallarla bağlı davranış qaydaları və mülki müdafiə sahəsində biliklərinin artırılması, məktəblərdə baş verə biləcək yanğın və ya partlayış hadisələrinin qarşısının alınması məqsədilə profilaktik tədbirlərin görülməsi məqsədilə təşkil edilib.

Toplantıda “Fövqəladə halların təsnifatı”, “Zəlzələ zamanı necə davranmalı?”, “Sel və daşqınlar zamanı davranış qaydaları”, “Odsöndürücü balonlardan istifadə qaydaları”, “Məişətdə yanğın zamanı davranış qaydaları”, “Dəm qazı təhlükəsi”,  “112” qaynar xətti” mövzularında çıxışlar edilib, mövzulara aid videoçarxlar nümayiş olunub. 

Sonda maarifləndirmə xarakterli təbliğat materialları, yaddaş kitabçaları paylanılıb, suallar cavablandırılıb.

Digər məlumatlar

FHN-in karate komandasının üzvləri Beynəlxalq turnirdə mükafat qazanıb

9-10 noyabr 2019-cu il tarixlərində Gürcüstanın Tbilisi şəhərində Kyoukşin Karate üzrə Beynəlxalq turnir keçirilib. 300-dən çox idmançının mübarizə apardığı yarışda iştirak edən FHN-in İdman-sağlamlıq mərkəzinin komandası məşqçi müəllimi Qabil Sayadovun rəhbərliyi altında yüksək nəticələr göstəriblər. ...

Ardını oxu

Maarifləndirmə tədbirləri davam etdirilir

13 noyabr 2019-cu il tarixində FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin İctimai obyektlərə nəzarət sektoru Bakı şəhəri Səbail rayonunda yerləşən “Badamdar“ otelində, 1-ci ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi Qobustan rayon Cəngi...

Ardını oxu

FHN-in regional mərkəzlərində maarifləndirmə tədbirləri davam edir

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi Qubadlı rayonu Mahmudlu kənd tam orta məktəbində, Şimal Regional Mərkəzi Siyəzən rayonu Tuğay kənd ümumi orta məktəbində “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbirləri keçirib. ...

Ardını oxu