Geri

Fövqəladə Hallar Nazirliyinin regional mərkəzləri və qurumlarında Azərbaycanın müstəqilliyinin bərpasının 28 illiyi münasibətilə tədbirlər keçirilib

18 oktyabr 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin regional mərkəzləri və qurumlarında Azərbaycanın müstəqilliyinin bərpasının 28 illiyi münasibətilə tədbirlər keçirilib.

Dövlət himninin səsləndirilməsi ilə başlanan tədbirlərdə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Toplantılarda bildirilib ki, 1991-ci ildə yaranmış tarixi şəraitin nəticəsi olaraq Azərbaycan Ali Soveti avqustun 30-da Müstəqillik Bəyannaməsini, oktyabrın 18-də isə “Müstəqillik haqqında Konstitusiya aktı” qəbul edib. Dövlət müstəqilliyinin əhəmiyyətindən danışılaraq vurğulanıb ki, suverenliyin qorunub saxlanması, bu dəyərin əldə edilməsi qədər çətin və şərəfli vəzifədir. Qeyd edilib ki, ümummilli lideri Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışı müstəqilliyimizə yeni nəfəs verib. Vətəndaş qarşıdurmasının qarşısını alan Ulu Öndər həyata keçirdiyi müdrik siyasət nəticəsində müstəqilliyimizin daha möhkəmləndirilməsinə nail olub. Dahi rəhbərin  Azərbaycanın qüdrətli dövlətə çevrilməsinə yönəlmiş alternativsiz siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan gündən-günə daha da güclənir, qüdrətlənir. Azərbaycanın iqtisadiyyatında, hərbi quruculuğunda, elm, mədəniyyət, səhiyyə, təhsil, idman, insanların sosial müdafiəsi sahələrində böyük uğurlar əldə edilib, ölkəmiz regionun lider dövlətinə çevrilib.

Digər məlumatlar

Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə anım tədbirləri keçirilib

17 yanvar 2020-ci il tarixində Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı ilə 20 Yanvar Faciəsinin 30-cu ildönümü münasibətilə Fövqəladə Hallar Nazirliyinin “İzotop” xüsusi kombinatının akt zalında tədbir keçirilib. ...

Ardını oxu

FHN-in qurumlarında və regional mərkəzlərində 20 Yanvar faciəsi qurbanlarının xatirəsi anılıb

Fövqəladə Hallar Nazirliyinin qurumlarında və regional mərkəzlərində 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı anım tədbirləri keçirilib. ...

Ardını oxu

FHN-nin Aran Regional Mərkəzi maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi 17 yanvar 2020-ci il tarixində FHN-in bu regionda fəaliyyət göstərən digər qurumları ilə birgə Goranboy rayon Xanqərvənd tam orta məktəbinin kollektivi ilə “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib. ...

Ardını oxu