Geri

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir

FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin İctimai obyektlərə nəzarət sektoru 15 oktyabr 2019-cu il tarixində Bakı şəhər “GM City” oteldə, 3-cü ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi Nərimanov rayon Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsində, 4-cü ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi Suraxanı rayon 76 saylı tam orta məktəbdə, Qarabağ regional Dövlət Yanğın Nəzarəti İdarəsi Bərdə rayon Alaçadırlı kənd 100 saylı köçkün tam orta məktəbdə,  Bərdə şəhər 6 saylı Uşaq bağçasında, Kolayır kənd Sahə Xəstəxanasında, Ağdam rayon Quzanlı qəsəbə Uşaq xəstəxanasında, Beyləqan rayon Bolsulu qəsəbə tam orta məktəbdə, Aran regional Dövlət Yanğın Nəzarəti İdarəsi Göyçay şəhər 7 saylı Uşaq bağçasında, Goranboy rayon Sarov kənd tam orta məktəbdə, Muğan regional Dövlət Yanğın Nəzarəti İdarəsi Salyan rayon Yenikənd kənd tam orta məktəbdə, Şirvan şəhər “EsOİL” Yanacaq doldurma məntəqəsində, Sabirabad rayon “P-Aqro” MMC-nin Pambıq məntəqəsində, Gəncə regional Dövlət Yanğın Nəzarəti İdarəsi Gəncə şəhər 2 saylı Birləşmiş uşaq xəstəxanasında, Şimal regional Dövlət Yanğın Nəzarəti İdarəsi Siyəzən şəhərində yerləşən ARDNŞ-nin Nəqliyyat Departamentinin 2 saylı avtonəqliyyat və xüsusi texnika sahəsində,  Cənub regional Dövlət Yanğın Nəzarəti Lənkəran şəhər 11 saylı Uşaq bağçasında maarifləndirmə tədbirləri keçirib.

Tədbirlərdə “İnzibati binalar üçün yanğın təhlükəsizliyi qaydaları”, “Dəm qazı təhlükəsi”, “Məişətdə yanğın təhlükəsizliyi”, “112” qaynar xətti”nə nə vaxt zəng etməli?”, “Odsöndürənlərdən istifadə qaydası” barədə, həmçinin adıçəkilən müəssisələrdə yanğın təhlükəsizliyi qaydaları haqqında ətraflı məlumat verilib. Toplantılarda, həmçinin ərazinin daim təmiz vəziyyətdə saxlanılması, normativ sənədlərə uyğun ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməsi, yanğın zamanı insanların binadan köçürülməsi planlarının, pilləkan qəfəslərində əlavə otaqların quraşdırılmasının yolverilməzliyi, yanğına qarşı su təchizatına - hovuzlara, kəmərlərə, çən və hidrantlara qayğı ilə yanaşılmasının vacibliyi  qeyd olunub, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani olaraq nümayiş etdirilib, yanğına qarşı təbliğat işində istifadə olunması üçün “Vətəndaşların nəzərinə”, “Yanğın zamanı davranış qaydaları” mövzularında yaddaş vərəqələri və bukletlər paylanılıb.

Digər məlumatlar

Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının onlayn iclası keçirilib

22 may 2020-ci il tarixində FHN işçilərinin Həmkarlar İttifaqı FHN-in aparatı, regional mərkəzləri və qurumlarında fəaliyyət göstərən həmkarlar ittifaqı komitəsi sədrlərinin iştirakı ilə onlayn iclas keçirib.  ...

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti Şabran rayonunda regional müşavirə keçirib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti 20 may 2020-ci il tarixində Şabran şəhərində cari ilin ötən dövrü ərzində şimal regionu üzrə baş vermiş yanğınlarla bağlı əməliyyat şəraitinin vəziyyətinin, görülmüş işlər və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş müşavirə keçirib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi tərəfindən qanvermə aksiyası keçirilib

Heydər Əliyev Fondunun çağırışına və təşəbbüsünə dəstək olaraq Fövqəladə Hallar Nazirliyinin regionlarda yerləşən strukturları da könüllü qanvermə aksiyasına qoşulur. ...

Ardını oxu