Geri

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirləri keçirib

FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Cənub regional Dövlət Yanğın Nəzarəti 14 oktyabr 2019-cu il tarixində Lənkəran Rayon Mərkəzi Xəstəxanasında, 2-ci ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi Səbail rayon “Medi Club” klinikasında, 3-cü ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi Nizami rayon Polis İdarəsində, 4-cü ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi Suraxanı rayon 270 saylı tam orta məktəbdə, Qarabağ regional Dövlət Yanğın Nəzarəti İdarəsi Bərdə rayon Qaratəpə, Kolayır, Saatlı, Yenidaşkənd və Şorəlli  kənd orta məktəblərində,  Ağdam rayon 150 saylı köçkün tam orta məktəbində və Dövlət Aqrar İnkişaf Mərkəzində, Beyləqan rayon Bolsulu qəsəbə Uşaq bağçasında, Aran regional Dövlət Yanğın Nəzarəti İdarəsi Yevlax şəhər 5 saylı və Zərdab rayon Dəkkəoba kənd tam orta məktəblərdə, Muğan regional Dövlət Yanğın Nəzarəti İdarəsi Salyan rayon Çadırlı kənd ümumu orta məktəbdə, Sumqayıt regional Dövlət Yanğın Nəzarəti İdarəsi isə 20 saylı  gimnaziya tipli məktəbdə maarifləndirmə tədbirləri keçirib.

Tədbirlərdə “İnzibati binalar üçün yanğın təhlükəsizliyi qaydaları”, “Dəm qazı təhlükəsi”, “Məişətdə yanğın təhlükəsizliyi”, “112” qaynar xətti”nə nə vaxt zəng etməli?”, “Odsöndürənlərdən istifadə qaydası” barədə, həmçinin adıçəkilən müəssisələrdə yanğın təhlükəsizliyi qaydaları haqqında ətraflı məlumat verilib. Toplantılarda, həmçinin ərazinin daim təmiz vəziyyətdə saxlanılması, normativ sənədlərə uyğun ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməsi, yanğın zamanı insanların binadan köçürülməsi planlarının, pilləkan qəfəslərində əlavə otaqların quraşdırılmasının yolverilməzliyi, yanğına qarşı su təchizatına - hovuzlara, kəmərlərə, çən və hidrantlara qayğı ilə yanaşılmasının vacibliyi  qeyd olunub, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani olaraq nümayiş etdirilib, yanğına qarşı təbliğat işində istifadə olunması üçün “Vətəndaşların nəzərinə”, “Yanğın zamanı davranış qaydaları” mövzularında yaddaş vərəqələri və bukletlər paylanılıb.

Digər məlumatlar

Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının onlayn iclası keçirilib

22 may 2020-ci il tarixində FHN işçilərinin Həmkarlar İttifaqı FHN-in aparatı, regional mərkəzləri və qurumlarında fəaliyyət göstərən həmkarlar ittifaqı komitəsi sədrlərinin iştirakı ilə onlayn iclas keçirib.  ...

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti Şabran rayonunda regional müşavirə keçirib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti 20 may 2020-ci il tarixində Şabran şəhərində cari ilin ötən dövrü ərzində şimal regionu üzrə baş vermiş yanğınlarla bağlı əməliyyat şəraitinin vəziyyətinin, görülmüş işlər və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş müşavirə keçirib. ...

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi tərəfindən qanvermə aksiyası keçirilib

Heydər Əliyev Fondunun çağırışına və təşəbbüsünə dəstək olaraq Fövqəladə Hallar Nazirliyinin regionlarda yerləşən strukturları da könüllü qanvermə aksiyasına qoşulur. ...

Ardını oxu