Geri

FHN-in Bakı Regional Mərkəzi mülki müdafiə təlimi keçirib

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi 11 oktyabr 2019-cu il tarixində “Baku Steel Company” MMC-də “Fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı qəza - xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması” mövzusunda kompleks mülki müdafiə təlimi keçirib.

Təlimdə Bakı Regional Mərkəzinin, Dövlət Yanğından Mühafizə Xidmətinin, Bakı şəhər Baş Polis İdarəsinin, Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının qüvvə və vasitələri, “Baku Steel Company” MMC-nin işçi heyəti iştirak edib.

Təlimin keçirilməsindəki məqsəd obyektin mülki müdafiə planının reallığının yoxlanılması, mülki müdafiə orqan və qüvvələrinin zədələnmə ocağında təyinatı üzrə hazırlıq səviyyəsinin yoxlanılması, idarəetmə, rabitə və xəbərdarlıq sistemlərinin etibarlığının yoxlanılması, qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin təşkili və aparılması zamanı obyektin rəhbər və komandir-rəis heyətinin idarəetmə üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsi, mülki müdafiə qüvvələrinin hazırlıq səviyyələrinin yüksəldilməsi, obyektin mülki müdafiə orqan və qüvvələrinin fövqəladə hal şəraitində birgə fəaliyyətlərinin uzlaşdırılması, fövqəladə hallar zamanı obyektin dayanıqlı işinin, eləcə də işçilərin mühafizəsinin üsul və qaydalarının təkmilləşdirilməsi, rəhbər heyətinə işçi sənədlərin hazırlanması üzrə bacarıq və vərdişlərin aşılanması, mülki müdafiə qüvvələrinə yüksək mənəvi-psixoloji keyfiyyətlərin, eləcə də ekstremal vəziyyətlərdə fəaliyyət bacarığının aşılanmasında ibarət olub.

Kompleks mülki müdafiə təlimi “Baku Steel Company” MMC-nin fonunda yaradılmış 4 fövqəladə hal şəraiti üzrə xəbərdarlıq siqnalları verilməklə idarəetmə orqanlarının, qüvvə və vasitələrin hazır vəziyyətə gətirilməsi, zədələnmə ocağında vəziyyətin qiymətləndirilməsi, qərarın qəbul edilməsi, koordinasiya, idarəetmə və hərtərəfli təminatın təşkili, əməliyyat əmrinin verilməsi, qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması üzrə məsələlərin ardıcıl işlənilməsilə iki mərhələ üzrə keçirilib.

Birinci mərhələ “Baku Steel Company” MMC-nin aparatı və struktur bölmələrinin, aidiyyəti qurumların fövqəladə hal barədə xəbərdar edilməsi, iş rejimi (hazırlıq) dərəcələrinə gətirilməsi, fövqəladə halların nəticələrinin aradan qaldırılması üzrə fəaliyyətləri əhatə edib. İlk olaraq işçilərin xəbərdar olunması, onların inzibati binadan təhlükəsiz əraziyə təxliyyəsi, zavodun mühafizəsinin gücləndirilməsi, obyekt mülki müdafiə qüvvələrinin hadisənin baş verdiyi əraziyə yeridilməsi, vəziyyət barədə məlumatların toplanılması, təhlili və qiymətləndirilməsi, tabeçilikdə olanlara tapşırıqların qoyulması, qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması, idarəetmə, qarşılıqlı fəaliyyət, hərtərəfli təminat üzrə tədbirlərin yerinə yetirilməsi, əlavə qüvvə və vasitələrin hadisə rayonuna yeridilməsi, obyektin dayanıqlı işinin təmini ilə bağlı fəaliyətlər icra olunub.

İkinci mərhələ qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin davam etdirilməsi, xilasetmə əməliyyatlarının başa çatdırılması, qüvvə və vasitələrin daimi dislokasiya yerlərinə qaytarılması üzrə fəaliyyətləri əhatə etmişdir. İkinci mərhələdə “Baku Steel Company” MMC-nin “Qəzaların ləğvi planı”na müvafiq olaraq tədbirlərin həyata keçirilməsi, qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin davam etdirilməsi və başa çatdırılması, obyektin aidiyyəti üzrə təhvil verilməsi, qüvvə və vasitələrin daimi dislokasiya yerlərinə qaytarılması fəaliyətləri icra olunub.

Təlimin gedişində şərti olaraq xəsarət alan 10 nəfər və dağıntılar altında qalan 13 nəfər çıxarılaraq, ilkin və təcili tibbi yardım göstərilərək aidiyyəti səhiyyə müəssisələrinə təhvil verilib.

Təlimdə yerinə yetirilən tapşırıqlara təyin olunmuş vasitəçilər tərəfindən nəzarət edilib, təhlükəsizlik qaydalarına ciddi riayət olunub.

Sonda “Baku Steel Company” MMC-nin akt zalında təlim rəhbərliyi tərəfindən kompleks mülki müdafiə təliminin təhlili aparılıb, müvafiq tövsiyə və tapşırıqlar verilib.

Digər məlumatlar

FHN-nin Qarabağ Regional Mərkəzi maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi 21 noyabr 2019-cu il tarixində Tərtər rayon Qaradağlı kənd tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib.  ...

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirləri keçirib

21 noyabr 2019-cu il tarixində FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin İctimai obyektlərə nəzarət sektoru Bakı şəhəri Nizami rayonunda yerləşən “Nord West Baku” otelində, 1-ci ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi......

Ardını oxu

FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti FHN-in Aran Regional Mərkəzinin əməkdaşları ilə birgə 21 noyabr 2019-cu il tarixində Mingəçevir şəhərində gəmi istifadəçiləri üçün maarifləndirmə tədbiri keçirib....

Ardını oxu