Geri

FHN-in Akademiyasında xalq yazıçısı Anarla görüş keçirilib

11 oktyabr 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin Akademiyasında Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı, görkəmli ədib, ictimai xadim Anarla görüş keçirilib. Görüşdə Akademiyanin əməkdaşları, professor-müəllim heyəti və kursantları iştirak edib.

Tədbiri giriş sözü ilə açan Akademiyanın rəisi general-mayor Baba Salayev xalq yazıçısı Anarı salamlayaraq dəvəti qəbul etdiyi üçün təşəkkürünü bildirib. O, görkəmli yasıçının həyat və yaradıcılığı barədə məlumat verərək bildirib ki, XX əsr Azərbaycan ədəbiyyatının tanınmış simalarından olan xalq şairləri Rəsul Rza və Nigar Rəfibəylinin ailəsində doğulub boya-başa çatmış Anar Azərbaycan ədəbiyyatının inkişafında öz dəstxətti olan görkəmli yazıçı və dəyərli ziyalıdır. Qeyd edilib ki, Anarın təkcə Azərbaycanda deyil, dünyanın müxtəlif ölkələrində 100-dən artıq nəsr, dram, publisistika, esse, şeir və bədii-bioqrafik kitabları nəşr olunub. Onun yaradıcılığına çoxlu məqalələr, dissertasiya və monoqrafiyalar həsr edilib. O, 2012-ci ildə Türk dünyasında ilin ədəbiyyat adamı, 2014-cü ildə türkdilli ölkələrin Yazıçılar Birliyinin ilk sədri seçilib və həmin ildə MDB ölkələri Parlament Assambleyası tərəfindən Çingiz Aytmatov mükafatına layiq görülüb.

Görüşdə çıxış edən xalq yazıçısı Anar Akademiyanın rəhbərliyinə, tədbirin təşkilatçılarına təşəkkür edərək, səslənən xoş fikirlərə görə minnətdarlığını bildirib. O, müasir Azərbaycan və dünya ədəbiyyatının problemlərindən bəhs edərək maraqlı mövzulara toxunub. Xalq yazıçısı kursantlara bədii ədəbiyyat oxumağı tövsiyə edib. Maraqlı müzakirələrlə yadda qalan görüşdə Anar yaradıcılıq  planları və hazırda üzərində işlədiyi əsərlər barədə məlumat verib. Xalq yazıçısı görüş iştirakşılarına avtoqraf verərək onlarla xatirə şəkili çəkdirib, sualları cavablandırıb.

Sonda Akademiyanın rəisi Baba Salayev ali təhsil müəssisəsinin şəxsi heyəti adından Anara böyük yaradıcılıq uğurları arzulayıb və xatirə hədiyəsi təqdim edib.

Digər məlumatlar

Taxıl zəmilərində, otlaq sahələrində və meşə fondu ərazilərində yanğın təhlükəsizliyinə riayət olunmalıdır

Yanğın təhlükəsizliyinin təmin edilməsi ilə bağlı əkin sahələrində baş vermiş yanğınların qarşısının alınması məqsədilə Tərtər və Cəlilabad rayon İcra Hakimiyyətində qərərgahlar yaradılıb....

Ardını oxu

Yanğın təhlükəsizliyi müzakirə olunub

Sabirabad rayonu ərazisində dənli və texniki bitkilərin yığılması, daşınması, saxlanılması və emalı dövründə, eləcə də meşə zolaqlarında  yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə......

Ardını oxu

Əkin sahələrinin yanğın təhlükəsizliyinə dair videokonfranslar keçirilib

Taxıl və dənli bitkilərin biçin mövsümü ilə əlaqədar olaraq Yevlax və Göyçay rayonlarında əkin sahələrində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə həmin rayonların icra hakimiyyətlərində müvafiq qərargahlar yaradılıb....

Ardını oxu