Geri

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir

FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin İctimai obyektlərə nəzarət sektoru 11 oktyabr 2019-cu il tarixində Bakı şəhərində yerləşən “Opera” otelində, 1-ci ərazi  Dövlət Yanğın Nəzarəti İdarəsi Qaradağ rayon Səngəçal qəsəbəsində yerləşən Həkim Məntəqəsində, Cənub regional Dövlət Yanğın Nəzarəti İdarəsi DSMF-nin Lerik rayon  şöbəsində, Qarabağ regional Dövlət Yanğın Nəzarəti İdarəsi Ağdam rayon Quzanlı qəsəbəsi 2 saylı Texniki Peşə Məktəbində, Beyləqan rayon Şəfəq qəsəbə tam orta məktəbdə, Ağcabədi rayon Suvarma Sistemləri İdarəsində, Cəbrayıl rayon Cocuq Mərcanlı kənd orta məktəbində, Sumqayıt regional Dövlət Yanğın Nəzarəti İdarəsi Sumqayıt şəhər “Delta Grup” MMC-də, 4-cü ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi Suraxanı rayon 146 saylı tam orta məktəbdə, Sabunçu rayon 259 saylı tam orta məktəb və 21 saylı Şəhər Poliklinikasında  maarifləndirmə tədbirləri keçirib.

Tədbirlərdə “İnzibati binalar üçün yanğın təhlükəsizliyi qaydaları”, “Dəm qazı təhlükəsi”, “Məişətdə yanğın təhlükəsizliyi”, “112” qaynar xətti”nə nə vaxt zəng etməli?”, “Odsöndürənlərdən istifadə qaydası” barədə, həmçinin adıçəkilən müəssisələrdə yanğın təhlükəsizliyi qaydaları haqqında ətraflı məlumat verilib. Toplantılarda, həmçinin ərazinin daim təmiz vəziyyətdə saxlanılması, normativ sənədlərə uyğun ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməsi, yanğın zamanı insanların binadan köçürülməsi planlarının, pilləkan qəfəslərində əlavə otaqların quraşdırılmasının yolverilməzliyi, yanğına qarşı su təchizatına - hovuzlara, kəmərlərə, çən və hidrantlara qayğı ilə yanaşılmasının vacibliyi  qeyd olunub, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani olaraq nümayiş etdirilib, yanğına qarşı təbliğat işində istifadə olunması üçün “Vətəndaşların nəzərinə”, “Yanğın zamanı davranış qaydaları” mövzularında yaddaş vərəqələri və bukletlər paylanılıb.

Digər məlumatlar

Maarifləndirmə tədbirləri davam edir

21 sentyabr 2020-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Muğan regional Dövlət Yanğın Nəzarəti İdarəsi “Pambıqçılığın yanğın təhlükəsizliyi” mövzusunda “P-Aqro” MMC-nin Sabirabad və Salyan rayon Pambıq qəbulu məntəqələrində maarifləndirmə tədbiri keçirib. ...

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir

18 sentyabr 2020-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Qarabağ regional Dövlət Yanğın Nəzarəti İdarəsi “Pambıqçılığın yanğın təhlükəsizliyi” mövzusunda “MKT İK” MMC-nin Ağdam filialında maarifləndirmə tədbiri keçirib. ...

Ardını oxu

Maarifləndirmə tədbirləri davam etdirilir

17 sentyabr 2020-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Qarabağ regional Dövlət Yanğın Nəzarəti İdarəsi “Pambıqçılığın yanğın təhlükəsizliyi” mövzusunda Ağdam rayon Pambıq istehsalı və tədarükü məntəqəsində, Muğan regional Dövlət Yanğın Nəzarəti İdarəsi isə Saatlı rayon Pambıq tədarükü və emalı zavodunda  maarifləndirmə tədbirləri keçirib.......

Ardını oxu