Geri

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir

FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin İctimai obyektlərə nəzarət sektoru 10 oktyabr 2019-cu il tarixində Bakı şəhər “WEST SHİNE” və “AMMAR GRAND” otellərində, Şimal regional Dövlət Yanğın Nəzarəti İdarəsi DSMF-nun Şabran rayon şöbəsi və Siyəzən rayon Elektrik Şəbəkəsinin inzibati binasında, Cənub regional Dövlət Yanğın Nəzarəti İdarəsi Yardımlı rayon Vərgədüz və Astara rayon Toradi kənd tam orta məktəblərində, Muğan regional Dövlət Yanğın Nəzarəti İdarəsi Biləsuvar rayon “MKT İstehsalat Kommersiya” MMC-nin Biləsuvar filialında və Hacıqabul rayon Uşaq və Ailələrə Dəstək Mərkəzində, Qarabağ regional Dövlət Yanğın Nəzarəti İdarəsi Bərdə rayon Qayalı kənd tam orta məktəbində, Bərdə şəhər “Azərpambıq ASK” MMC-nin  və “MKT İKF”-nin Bərdə filiallarında,  Ağdam rayon Üçoğlan  kəndindəki Uşaq bağçası və “Aqro” MMC-ə məxsus pambıq qəbulu məntəqəsində, Füzulu rayon Yağlıbənd kənd tibb məntəqəsi və Kərimbəyli kənd Uşaq bağçasında, Beyləqan şəhər Peşə məktəbində, 4-cü ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi Suraxanı rayon 101 saylı və Xəzər rayon 185 saylı tam orta məktəblərində maarifləndirmə tədbirləri keçirib.

Tədbirlərdə “İnzibati binalar üçün yanğın təhlükəsizliyi qaydaları”, “Dəm qazı təhlükəsi”, “Məişətdə yanğın təhlükəsizliyi”, “112” qaynar xətti”nə nə vaxt zəng etməli?”, “Odsöndürənlərdən istifadə qaydası” barədə, həmçinin adıçəkilən müəssisələrdə yanğın təhlükəsizliyi qaydaları haqqında ətraflı məlumat verilib. Toplantılarda, həmçinin ərazinin daim təmiz vəziyyətdə saxlanılması, normativ sənədlərə uyğun ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməsi, yanğın zamanı insanların binadan köçürülməsi planlarının, pilləkan qəfəslərində əlavə otaqların quraşdırılmasının yolverilməzliyi, yanğına qarşı su təchizatına - hovuzlara, kəmərlərə, çən və hidrantlara qayğı ilə yanaşılmasının vacibliyi  qeyd olunub, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani olaraq nümayiş etdirilib, yanğına qarşı təbliğat işində istifadə olunması üçün “Vətəndaşların nəzərinə”, “Yanğın zamanı davranış qaydaları” mövzularında yaddaş vərəqələri və bukletlər paylanılıb.

Digər məlumatlar

FHN-in Gəncə Regional Mərkəzi mülki müdafiə məşqi keçirib

FHN-in Gəncə Regional Mərkəzi 18 oktyabr 2019-cu il tarixində F. Əmirov adına Gəncə Dövlət Filarmoniyasında rəhbər heyətin mülki müdafiə məşqini keçirib. “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı Mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda keçirilən məşqdə müəssisənin rəhbərləri, Mülki müdafiə qərargahı, Mülki müdafiə qüvvələrinin......

Ardını oxu

FHN-in Aran Regional Mərkəzi maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzi 18 oktyabr 2019-cu il tarixində FHN-in regionda fəaliyyət göstərən digər qurumları ilə birgə Mingəçevir şəhər 4 nömrəli tam orta məktəbinin kollektivi ilə “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib. Tədbir müəllim və şagirdlərin fövqəladə hallarla bağlı davranış qaydaları......

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin regional mərkəzləri və qurumlarında Azərbaycanın müstəqilliyinin bərpasının 28 illiyi münasibətilə tədbirlər keçirilib

18 oktyabr 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin regional mərkəzləri və qurumlarında Azərbaycanın müstəqilliyinin bərpasının 28 illiyi münasibətilə tədbirlər keçirilib. ...

Ardını oxu