Geri

FHN-in Sumqayıt Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi 9 yanvar 2019-cu il tarixində Sumqayıt şəhəri 6 nömrəli tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.

Tədbir müəllim və şagirdlərin fövqəladə hallarla bağlı davranış qaydaları və mülki müdafiə sahəsində biliklərinin artırılmasına, məktəblərdə baş verə biləcək yanğın və ya partlayış hadisələrinin qarşısının alınması məqsədilə profilaktik tədbirlərin görülməsinə nail olmaq məqsədilə keçirilmişdir.

Toplantıda FHN-in Sumqayıt Regional Mərkəzinin, Sumqayıt Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin, Sumqayıt şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin əməkdaşları, məktəbin müəllim və şagirdləri iştirak etmişdir.

Tədbirdə “Fövqəladə halların təsnifatı”, “Zəlzələ zamanı necə davranmalı?”, “Sel və daşqın zamanı nə etməli?”, “Məişətdə yanğın zamanı davranış qaydaları”, “Odsöndürən balonlardan istifadə”, “Dəm qazı”, “Çimərliklərdə təhlükəsizlik qaydaları” və “112” qaynar xətti”  mövzularında çıxışlar edilmiş, videoçarxlar nümayiş olunmuşdur. 

Sonda mövzulara dair suallar cavablandırılmış və maarifləndirmə xarakterli təbliğat materialları, yaddaş kitabçaları və bukletlər paylanılmışdır.

Digər məlumatlar

FHN-in regional mərkəzləri və qurumları 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə tədbirlər keçiriblər

25 iyun 2019-cu il tarixində FHN-in regional mərkəzlərində və qurumlarında Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 101-ci ildönümünə həsr olunmuş tədbirlər keçirilib....

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi müşavirə keçirib

FHN-in Cənub Regional Mərkəzi 25 iyun 2019-cu il tarixində Yardımlı rayon İcra Hakimiyyətinin akt zalında “Əhalinin fövqəladə hallara hazırlığının artırılması ” mövzusunda müşavirə keçirib. ...

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında Azərbaycan Silahlı Qüvvələri Günü qeyd olunub

25 iyun 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyi Akademiyasının konfrans zalında Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 101 illiyi münasibətilə tədbir keçirilib. ...

Ardını oxu