Geri

FHN-in Qarabağ Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi 8 yanvar 2018-ci il tarixində Ağdam rayonu Birinci Baharlı kənd tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir.  Görüşün keçirilməsində məqsəd şagirdlərin fövqəladə hadisələr zamanı davranış qaydalarına dair biliklərinin daha da təkmilləşdirilməsi olmuşdur.

Toplantıda “Zəlzələ”, “Dəm qazı”, “Məişətdə yanğın zamanı davranış qaydaları”, “112” qaynar xətti”nə müraciət qaydaları”, “Odsöndürən balonlardan istifadə qaydaları” mövzularında məruzələr edilmiş, videoçarxlar nümayiş olunmuşdur. Sonda kollektivi maraqlandıran suallar cavablandırılmış, maarifləndirici çap materialları paylanılmışdır.

Görüşdə FHN-in yerli qurumlarının və rayon Təhsil Şöbəsinin nümayəndələri iştirak etmişlər.

Digər məlumatlar

FHN-in regional mərkəzləri və qurumları 26 iyun - Silahlı Qüvvələr Günü münasibətilə tədbirlər keçiriblər

25 iyun 2019-cu il tarixində FHN-in regional mərkəzlərində və qurumlarında Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 101-ci ildönümünə həsr olunmuş tədbirlər keçirilib....

Ardını oxu

FHN-in Cənub Regional Mərkəzi müşavirə keçirib

FHN-in Cənub Regional Mərkəzi 25 iyun 2019-cu il tarixində Yardımlı rayon İcra Hakimiyyətinin akt zalında “Əhalinin fövqəladə hallara hazırlığının artırılması ” mövzusunda müşavirə keçirib. ...

Ardını oxu

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında Azərbaycan Silahlı Qüvvələri Günü qeyd olunub

25 iyun 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyi Akademiyasının konfrans zalında Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 101 illiyi münasibətilə tədbir keçirilib. ...

Ardını oxu