Geri

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında 2 fevral Gənclər Günü münasibətilə tədbir keçirilmişdir

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında 30 yanvar 2019-cu il tarixində 2 fevral Gənclər Günü münasibətilə bayram tədbiri keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan Akademiyanın rəisi general-mayor Baba Salayev gəncləri təbrik edərək bildirmişdir ki, 2 fevralın Gənclər Günü elan olunması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. 1996-cı il 2 fevral tarixində Ulu Öndərin təşəbbüsü ilə gənclərin 1-ci forumu keçirilmişdir. Akademiyanın rəisi qeyd etmişdir ki, ötən müddət ərzində gənc nəslin düzgün yetişdirilməsi isitqamətində mühüm işlər görülmüş, Ümummilli Liderin arzuladığı sağlam, vətənpərvər, intellektli gənclik formalaşmışdır. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan siyasi kursun ölkə prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi görülən işlərin uğurla reallaşmasına şərait yaratmışdır.

B.Salayev onu da vurğulamışdır ki, bu gün gənclərin milli-mənəvi, vətənpərvərlik ruhda tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan dövlət başçısının diqqətinin bariz nümunəsidir. Əminliklə deyə bilərik ki, gənclərimiz Azərbaycan Prezidenti cənab İlham Əliyevin apardığı siyasi kursu alqışlayır, müdafiə edir və bu siyasətin uğurla davam etdirilməsində, ölkəmizin inkişafı üçün daim ölkə başçısının yanındadırlar.

FHN-in Akademiyasının rəis müavini polkovnik Aslan Hüseynov bayram münasibətilə gəncləri təbrik edərək xidmətdə fərqlənən gənc əməkdaşların həvəsləndirilməsi tədbirləri haqqında Akademiya rəisinin müvafiq əmri barədə məlumat vermişdir.

Tədbir konsert proqramı ilə davam etdirilmişdir.

Digər məlumatlar

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirləri davam etdirir

10 dekabr 2019-cu il tarixində FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin İctimai obyektlərə nəzarət sektoru Bakı şəhəri Nəsimi rayonunda yerləşən “Caspian” otelində, Gəncə regional Dövlət Yanğın Nəzarəti İdarəsi Gəncə şəhər 2 nömrəli Peşə liseyində, Aran regional Dövlət Yanğın Nəzarəti...

Ardını oxu

FHN-in İdman-sağlamlıq mərkəzində maarifləndirmə tədbiri keçirilib

6 dekabr 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq mərkəzində məşqçi müəllim heyəti və tələbələrin valideynləri ilə birlikdə “Dövlətin idman siyasəti, idmana diqqət və qayğı, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm işlərin aparılması,  idman bölmələrinin və məşqçi müəllimlərin fəaliyyəti” mövzusunda maarifləndirmə tədbiri keçirilib. ...

Ardını oxu

Maarifləndirmə tədbirləri davam etdirilir

9 dekabr 2019-cu il tarixində FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin İctimai obyektlərə nəzarət sektoru Bakı şəhəri Qaradağ rayonunda yerləşən “Karolina” otelində, Aran regional Dövlət Yanğın Nəzarəti İdarəsi......

Ardını oxu