Geri

FHN-in Dövlət Yanğından Mühafizə Xidməti təbliğat xarakterli tədbir keçirmişdir

FHN-in  Dövlət Yanğından Mühafizə Xidməti 29 yanvar 2019-cu il tarixində Heydər Əliyev adına Bakı Dərin Özüllər zavodunda yanğına qarşı təbliğat xarakterli tədbir keçirmişdir.   

Tədbirdə zavodun əməkdaşlarına ərazinin müvafiq saxlanma xüsusiyyətləri  haqqında ətraflı məlumat verilmiş, yanğın təhlükəsizliyinə dair tələblərdən bəhs edilmişdir. Eyni zamanda yanğına qarşı su təchizatı ilə bağlı tələblər haqqında danışılaraq, yanğın avadanlıqlarına qoşulmuş su şəbəkəsinin tələb olunan təzyiqi və yanğının söndürülməsi üçün hesablanmış su sərfini təmin etməsinin vacibliyi xüsusi olaraq diqqətə çatdırılmışdır.

Toplantıda ilkin yanğınsöndürmə vasitələri və həmin vasitələrin təsnifatı, tətbiq olunması qaydasından söz açılmış, odsöndürən balonlardan istifadə qaydası əyani şəkildə nümayiş etdirilmişdir.

Digər məlumatlar

FHN-nin Qarabağ Regional Mərkəzi maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi 15 oktyabr 2019-cu il tarixində Beyləqan rayon Dünyamalılar kənd 2 nömrəli tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib.  ...

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir

FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin İctimai obyektlərə nəzarət sektoru 15 oktyabr 2019-cu il tarixində Bakı şəhər “GM City” oteldə, 3-cü ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi Nərimanov rayon Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsində...

Ardını oxu

FHN-in əməkdaşı dünya çempionatında gümüş medal qazanıb

14 oktyabr 2019-cu il tarixində Mərakeşdə veteran cüdoçular arasında keçirilən dünya çempionatında FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Corat sularda xilasetmə məntəqəsinin rəisi vəzifəsində çalışan daxili xidmət sıravisi Vüqar Babayev də iştirak edib....

Ardını oxu