Geri

FHN-in Bakı Regional Mərkəzi Nizami rayon İcra Hakimiyyətində metodik toplanış keçirmişdir

FHN-in Bakı Regional Mərkəzi 29 yanvar 2019-cu il tarixində Nizami Rayon İcra Hakimiyyətində “Nizami rayonunda mülki müdafiənin vəziyyəti və 2019-cu ildə qarşıda duran vəzifələr” mövzusunda metodiki toplanış keçirmişdir.

Tədbir rayonda mülki müdafiə işinin mövcud vəziyyətinin təhlili, bu sahədəki problem və çatışmazlıqların aradan qaldırılması yollarının müzakirəsi, habelə mülki müdafiə işinin təşkilinin gücləndirilməsi, əhalinin ehtimal olunan fövqəladə hadisələrə hazırlanması, sözügedən sahə ilə bağlı biliklərin təbliği və mülki müdafiə dəstələrinin daimi hazırlığının təmin edilməsi məqsədilə keçirilmişdir.

Toplantıda FHN-in Bakı Regional Mərkəzinin, Nizami rayon İcra Hakimiyyətinin, yerli icra və özünüidarəetmə orqanlarının, eləcə də rayonun təsərrüfat və digər xidmətlərinin, təhsil, səhiyyə müəssisələrinin, qaz, elektrik enerjisi və su təchizatı sahəsinə məsul qurumların, mənzil-kommunal təsərrüfatı təşkilatlarının rəhbərləri iştirak etmişlər.

Tədbirdə çıxış edən Nizami rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qərib Məmmədov rayonda mülki müdafiənin vəziyyətinin öyrənilməsi, mövcud problemlərin aşkara çıxarılması məqsədilə keçirilən tədbirlərin əhəmiyyətini vurğulamışdır.

FHN-in Bakı Regional Mərkəzinin nümayəndələri “Rayonda mülki müdafiə işinin təşkili sahəsində görülmüş işlər və 2019-cu ildə qarşıda duran vəzifələr”, “Rayonda xəbərdarlıq sistemlərinin vəziyyəti”, “Rayonda mühəndis mühafizəsinin vəziyyəti” və “Rayonda kimyəvi mühafizənin vəziyyəti” mövzularında çıxışlar etmiş və rayon ərazisində yerləşən müxtəlif obyektlərin balansında olan xəbərdarlıq sistemləri, kollektiv mühafizə qurğuları və fərdi mühafizə vasitələrinin vəziyyəti, bu sahədə mövcud olan çatışmazlıqlar və onların həlli ilə bağlı məsələləri diqqətə çatdırmışlar.

Toplanış zamanı rayonun aidiyyəti obyekt rəhbərləri tərəfindən mülki müdafiənin təşkili ilə bağlı problemlərin həlli istiqamətində həyata keçiriləcək tədbirlər barədə məlumat verilmişdir.  

Tədbirdə səslənən məruzə və çıxışlara münasibət bildirən FHN-in Bakı Regional Mərkəzinin nümayəndəsi mülki müdafiənin təşkili, xəbərdarlıq, fərdi və kollektiv mühafizə vasitələrinin əhalinin təhlükəsizlyinin mühafizəsindəki vacibliyini vurğulamış, bu sahədə mövcud olan problemlərin həllinin ən prioritet məsələlərdən olduğunu bir daha diqqətə çatdırmışdır.

Toplanışın sonunda rayonda mülki müdafiə sahəsindəki mövcud çatışmazlıqların aradan qaldırıması üçün aidiyyəti xidmət və obyekt rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.                 

Digər məlumatlar

FHN-nin Qarabağ Regional Mərkəzi maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi 15 oktyabr 2019-cu il tarixində Beyləqan rayon Dünyamalılar kənd 2 nömrəli tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib.  ...

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir

FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin İctimai obyektlərə nəzarət sektoru 15 oktyabr 2019-cu il tarixində Bakı şəhər “GM City” oteldə, 3-cü ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi Nərimanov rayon Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsində...

Ardını oxu

FHN-in əməkdaşı dünya çempionatında gümüş medal qazanıb

14 oktyabr 2019-cu il tarixində Mərakeşdə veteran cüdoçular arasında keçirilən dünya çempionatında FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Corat sularda xilasetmə məntəqəsinin rəisi vəzifəsində çalışan daxili xidmət sıravisi Vüqar Babayev də iştirak edib....

Ardını oxu