Geri

FHN-in İdman-sağlamlıq klubunun idmançıları sərbəst və yunan-Roma güləşi üzrə Bakı birinciliyində mükafatlar qazanmışlar

Abşeron Olimpia İdman Kompleksində 22-26 yanvar 2019-cu il tarixlərində yeniyetmələr  və gənclər  arasında sərbəst və yunan-Roma güləşi üzrə Bakı şəhər birinciliyi  keçirilmişdir. Birincilikdə 30 komandadan 513-ə yaxın idmançı iştirak etmişdir.

Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq klubunu sərbəst güləş üzrə təmsil edən Əlizadə Ümüd 51 kq, Nərimanlı Emin 60 kq çəki dərəcəsində yeniyetmələr arasında 3-cü yerə layiq görülmüşlər. Gənclər arasında isə Əliyev Tofiq 57 kq cəki dərəcəsində 1-ci yerə, Maksudov Həzrət 65 kq çəki dərəcəsində, Orucov Fuad isə 125 kq çəki dərəcələrində 3-cü yerə layiq görülmüşlər.

Yarışda idmançılara İdman-sağlamlıq klubunun məşqçi-müəllimləri Sovdumzadə Namiq, Qəmbərov Elmir və Süleymanov Cəlal rəhbərlik etmişlər.

Digər məlumatlar

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirləri davam etdirir

10 dekabr 2019-cu il tarixində FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin İctimai obyektlərə nəzarət sektoru Bakı şəhəri Nəsimi rayonunda yerləşən “Caspian” otelində, Gəncə regional Dövlət Yanğın Nəzarəti İdarəsi Gəncə şəhər 2 nömrəli Peşə liseyində, Aran regional Dövlət Yanğın Nəzarəti...

Ardını oxu

FHN-in İdman-sağlamlıq mərkəzində maarifləndirmə tədbiri keçirilib

6 dekabr 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq mərkəzində məşqçi müəllim heyəti və tələbələrin valideynləri ilə birlikdə “Dövlətin idman siyasəti, idmana diqqət və qayğı, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm işlərin aparılması,  idman bölmələrinin və məşqçi müəllimlərin fəaliyyəti” mövzusunda maarifləndirmə tədbiri keçirilib. ...

Ardını oxu

Maarifləndirmə tədbirləri davam etdirilir

9 dekabr 2019-cu il tarixində FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin İctimai obyektlərə nəzarət sektoru Bakı şəhəri Qaradağ rayonunda yerləşən “Karolina” otelində, Aran regional Dövlət Yanğın Nəzarəti İdarəsi......

Ardını oxu