Geri

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında valideynlərlə görüş keçirilmişdir

Fövqəladə Hallar Nazirliyi Akademiyasında 28 yanvar 2019-cu il tarixində III-IV kursda təhsil alan kursant və müdavimlərin valideynləri ilə görüş keçirilmişdir.

Tədbirdə çıxış edən Akademiyanın rəisi general-mayor Baba Salayev  bildirmişdir ki, 2009-cu ildən fəaliyyətə başlayan Fövqəladə Hallar Nazirliyi Akademiyasının qarşısında duran ən başlıca vəzifə xüsusi ixtisaslı ali təhsilli kadrların yetişdirilməsi və onları vətənpərvərlik, dövlət və dövlətçiliyimizə sədaqət ruhunda tərbiyə etməkdir.

Akademiyanın rəisi diqqətə çatdırmışdır ki, kursantlar və onların valideynləri ilə görüşlərin keçirilməsi artıq ənənə halını almışdır. Valideynlərlə görüşlər keçirməkdə əsas məqsəd fikir mübadiləsi aparmaq, kursantların təlim-tərbiyə prosesinin yüksək səviyyədə təşkil etməklə yanaşı, gəncləri vətənpərvərlik, ulu öndər Heydər Əliyev amallarına sədaqət ruhunda tərbiyə etməkdir.

Qeyd edilmişdir ki, Akademiyada peşəkar kadrların yetişdirilməsi və kursantların asudə vaxtlarından səmərəli istifadəsi üçün hər cür şərait yaradılmışdır. Kursantların tədrisi və təlim-tərbiyələri ilə yüksək ixtisası mütəxəssislər məşğul olur. Tədris prosesi ilə yanaşı, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, dünya görüşlərinin formalaşması, mədəni səviyyələrinin və fiziki hazırlıqlarının artırılması istiqamətində məqsədyönlü müsbət addımlar atılır.

Akademiyanın rəis müavini polkovnik Aslan Hüseynov kursantlar üçün yaradılmış şəraitdən, tədris, təlim-tərbiyə işlərinin yüksək səviyyədə qurulmasında valideyn münasibətlərinin əhəmiyyətindən bəhs etmişdir. Kursantların təhsildə qazandıqları uğurlar və bəzi nöqsanlar valideynlərin nəzərinə çatdırılmışdır.

Daha sonra valideynlərlə müvafiq məslələrlə bağlı fikir mübadiləsi aparılmışdır.

Görüşdə çıxış edən valideynlər keçirilən səmərəli görüşə və onların övladları üçün yaradılmış hərtərəfli şəraitə görə təşəkkürlərini bildirmişlər.

Tədbirdən sonra valideynlər övladlarının yaşayış şəraitləri ilə yaxından tanış olmuşlar. 

Digər məlumatlar

FHN-nin Qarabağ Regional Mərkəzi maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi 15 oktyabr 2019-cu il tarixində Beyləqan rayon Dünyamalılar kənd 2 nömrəli tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib.  ...

Ardını oxu

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirlərini davam etdirir

FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin İctimai obyektlərə nəzarət sektoru 15 oktyabr 2019-cu il tarixində Bakı şəhər “GM City” oteldə, 3-cü ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi Nərimanov rayon Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsində...

Ardını oxu

FHN-in əməkdaşı dünya çempionatında gümüş medal qazanıb

14 oktyabr 2019-cu il tarixində Mərakeşdə veteran cüdoçular arasında keçirilən dünya çempionatında FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Corat sularda xilasetmə məntəqəsinin rəisi vəzifəsində çalışan daxili xidmət sıravisi Vüqar Babayev də iştirak edib....

Ardını oxu