Geri

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti 24 yanvar 2019-cu il tarixində Bakı Regional Mərkəzi ilə birgə Nəsimi rayon Rövşən Nəsirov adına 111 nömrəli tam orta məktəbində maarifləndirmə tədbiri keçirmişdir.

Tədbirdə “Yanğın təhlükəsizliyi qaydalarına riayət edin!“, ”Dəm qazı təhlükəsi”, ”Məişətdə yanğın təhlükəsizliyi”, ”112” qaynar xətti”nə nə vaxt zəng etməli?” və ”Zəlzələ zamanı davranış qaydaları” mövzusunda fotoslaydlar nümayiş etdirilmiş, yanğın təhlükəsizliyi qaydaları haqqında ətraflı məlumat verilmişdir. Həmçinin ərazinin daim təmiz vəziyyətdə saxlanılması, normativ sənədlərə uyğun ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməsi, yanğın zamanı insanların binadan köçürülməsi planlarının və hər bir sinif otağı üçün yanğın təhlükəsizliyi qaydalarına aid yaddaş kitabçalarının tərtib olunaraq müvafiq yerlərdən asılması, pilləkən qəfəsliklərində əlavə otaqların quraşdırılmasının yolverilməzliyi və yanğına qarşı su təchizatına (hovuzlar, kəmərlər, çənlər, hidrantlar) qayğı ilə yanaşılmasının vacibliyi nəzərə çatdırılmışdır.

Toplantıda ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani olaraq nümayiş etdirilmiş, yanğına qarşı təbliğat işində istifadə üçün “Vətəndaşların nəzərinə”, “Yanğın zamanı davranış qaydaları” mövzularında yaddaş vərəqələri, bukletlər tədbir iştirakçılarına paylanmışdır.

Digər məlumatlar

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbirləri davam etdirir

10 dekabr 2019-cu il tarixində FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin İctimai obyektlərə nəzarət sektoru Bakı şəhəri Nəsimi rayonunda yerləşən “Caspian” otelində, Gəncə regional Dövlət Yanğın Nəzarəti İdarəsi Gəncə şəhər 2 nömrəli Peşə liseyində, Aran regional Dövlət Yanğın Nəzarəti...

Ardını oxu

FHN-in İdman-sağlamlıq mərkəzində maarifləndirmə tədbiri keçirilib

6 dekabr 2019-cu il tarixində Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq mərkəzində məşqçi müəllim heyəti və tələbələrin valideynləri ilə birlikdə “Dövlətin idman siyasəti, idmana diqqət və qayğı, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm işlərin aparılması,  idman bölmələrinin və məşqçi müəllimlərin fəaliyyəti” mövzusunda maarifləndirmə tədbiri keçirilib. ...

Ardını oxu

Maarifləndirmə tədbirləri davam etdirilir

9 dekabr 2019-cu il tarixində FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin İctimai obyektlərə nəzarət sektoru Bakı şəhəri Qaradağ rayonunda yerləşən “Karolina” otelində, Aran regional Dövlət Yanğın Nəzarəti İdarəsi......

Ardını oxu