Geri

FHN-in Bakı Regional Mərkəzi metodiki toplanış keçirmişdir

FHN-in Bakı Regional Mərkəzi 11 yanvar 2019-cu il tarixində Nəsimi rayon İcra Hakimiyyətində “Nəsimi rayonunda mülki müdafiənin vəziyyəti və 2019-cu ildə qarşıda duran vəzifələr” mövzusunda metodiki toplanış keçirmişdir.

Tədbirin keçirilməsində əsas məqsəd rayon ərazisində mülki müdafiə işinin mövcud vəziyyətinin təhlili, bu sahədəki problem və çatışmazlıqların aradan qaldırılması yollarının müzakirəsi, habelə mülki müdafiə işinin gücləndiriməsi, fövqəladə hadisələrdən qorunma sahəsində əhalinin hazırlanması, maarifləndirmə tədbirlərinin təşkili və mülki müdafiə dəstələrinin daimi hazırlığının təmin edilməsinə diqqətin artırılması olmuşdur.

Toplanışda Bakı Regional Mərkəzinin, İcra Hakimiyyətinin, yerli icra və özünüidarəetmə orqanlarının, eləcə də rayonun təsərrüfat xidmətlərinin, təhsil, səhiyyə müəssisələrinin, qaz, elektrik enerjisi və su təchizatını təmin edən rayon qurumlarının, mənzil-kommunal təsərrüfatı təşkilatlarının rəhbərləri iştirak etmişlər.

Tədbirdə giriş sözü ilə çıxış edən Nəsimi rayon İcra Hakimiyyəti başçısının müavini Qurban İsmayılov mülki müdafiə işinin təşkili ilə bağlı görülmüş işlər barədə məlumat vermiş, mövcud problemlərin aradan qaldırılmasının vacibliyini vurğulamışdır.

Daha sonra Bakı Regional Mərkəzinin nümayəndələri “Rayonda mülki müdafiə işinin təşkili sahəsində görülmüş işlər və 2019-cu ildə qarşıda duran vəzifələr”, “Rayonda xəbərdarlıq sistemlərinin və mühəndis mühafizəsinin vəziyyəti”, “Rayonda kimyəvi mühafizənin vəziyyəti” mövzularında çıxışlar etmiş və rayon ərazisində yerləşən müxtəlif obyektlərin balansında olan xəbərdarlıq sistemləri, kollektiv mühafizə qurğuları və fərdi mühafizə vasitələrinin vəziyyəti, bu sahədə mövcud olan çatışmazlıqlar və problemlərin həlli ilə bağlı məsələləri tədbir iştirakçılarının diqqətinə çatdırmışlar.

Toplanış zamanı rayonun Mənzil-Kommunal Təsərrüfatı Birliyi və digər aidiyyəti qurum rəhbərləri tərəfindən mülki müdafiənin təşkili ilə bağlı problemlərin həlli istiqamətində həyata keçirilmiş və keçirilməsi nəzərdə tutulmuş işlər barədə məlumat verilmişdir.  

Tədbirdə səslənən məruzə və çıxışlara münasibət bildirən FHN-in Bakı Regional Mərkəzinin nümayəndəsi mülki müdafiənin təşkili, xəbərdarlıq, fərdi və kollektiv mühafizə vasitələrinin əhalinin təhlükəsizlyinin mühafizəsindəki vacibliyini vurğulamış, bu sahədə mövcud olan problemlərin həllinin ən prioritet məsələlərdən olduğunu diqqətə çatdırmışdır.

Digər məlumatlar

FHN-in Gəncə Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi 16 yanvar 2019-cu il tarixində Gəncə şəhəri 3 nömrəli körpələr evi-uşaq bağçasının kollektivi ilə  “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir....

Ardını oxu

FHN-nin Sumqayıt Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi 16 yanvar 2019-cu il tarixində Abşeron rayonu Çaylı kənd tam orta məktəbində “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir....

Ardını oxu

FHN-in Bakı Regional Mərkəzi maarifləndirmə tədbiri keçirmişdir

FHN-in Bakı Regional Mərkəzi 16 yanvar 2019-cu il tarixində Nizami rayonundakı 32 nömrəli orta məktəbdə “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirmişdir....

Ardını oxu